Yelo Bank 2021-ci ilin dördüncü rübü üzrə maliyyə göstəricilərini açıqladı. Bank ötən ilin əvvəlindən başladığı müsbət tendensiyanı ilin sonuna qədər davam etdirib. Hesabata əsasən Bankın illik xalis mənfəəti 11.7 milyon manatdan çox olub. Eyni zamanda aktivləri də 2020-ci ilin eyni dövrü ilə müqayisədə 143 milyon, yəni 37% artaraq 533.7 milyon manat təşkil edib.
Ümumi kredit portfeli il ərzində təxminən 140 milyon manat artaraq 446 milyon manata çatıb. 2021-ci il ərzində Yelo Bank tərəfindən 240 milyondan çox biznes krediti verilib və bununla da biznes kredit portfeli 79.7%, yəni 114.7 milyon artaraq 258.7 milyon manata yüksəlib. Nəticədə, Bankın missiyasına uyğun olaraq ümumi kredit portfelinin 58%-i real sektorun payına düşüb. Qeyd etmək lazımdır ki, əvvəlki rüblərdə olduğu kimi biznes krediti əsasən mikro, kiçik və orta sahibkarların kreditləşməsi hesabına artıb. İl ərzində istehlak kreditləri üzrə portfel də 38.1% artaraq, 116 milyon manata çatıb.
Bütün istiqamətlər üzrə artım olduğu kimi, depozit portfelində də 79 milyon manatlıq 33.6% çoxalma müşahidə olunub. Belə ki, 2021-ci il ərzində 7 mindən çox müştəri öz əmanətlərini Yelo Bank-a etibar edib və nəticədə ümumi depozit portfeli 314 milyon manatı ötüb.
Bankın məcmu kapitalı da il ərzində 10 milyon manatdan çox artaraq 67.2 milyon manata çatıb. Bu göstərici requlyativ tələbdən 17.2 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.57%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.94% olmaqla, hər iki göstərici üzrə tələb olunan norma üstələnir.
Ötən il üzrə bankın xalis faiz gəlirləri 38 milyon manatı ötüb. Bu isə 2020-ci illə müqayisədə 3.5 milyon manat daha çoxdur. Hesabat dövrünə Bankın nizamnamə kapitalı 378 milyon manat təşkil edir.
Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 2021-ci ilin 4-cü rübünün maliyyə nəticələrini belə şərh edib: "Pandemiyanın təsirlərinə baxmayaraq Bankın uğurla həyata keçirilən inkişaf strategiyası fəaliyyət göstəricilərini qorumağa və hətta yaxşılaşdırmağa imkan verdi. Ən əsası bu inkişafın demək olar ki, Bank-ın bütün fəaliyyət istiqamətləri üzrə baş verməsidir. 2021-ci il Yelo Bank üçün parlaq bir il oldu. Əldə olunan pozitiv rəqəmləri analiz etdikdə başa düşülür ki, hər biri təsadüfi deyil, addım-addım qazanılmış uğurların nəticəsidir. Yalnız bu formada başlanılan inkişafı uzunmüddətli və dayanıqlı etmək olur. 2022-ci ilə əsas hədəfimiz daha çox xidmətlərimizin tam rəqəmsal təqdim olunmasıdır. Həmçinin, əsasən regionlarda olmaqla yeni xidmət şəbəkəsinin genişləndirilməsi də nəzərdə tutulub. Filiallarla bərabər, kollektivimizin böyüməsi və göstərilən xidmət çeşidinin artırılması ilə Yelo Bank-ın daha da böyüyəcəyinə əminik. Əsas məqsədimiz sadəcə böyümək deyil, bu böyüməni keyfiyyətli formada reallaşdırmaqdır. Ötən il ərzində kredit portfelimizin artımı və portfelin keyfiyyəti düzgün yolda olduğumuzu göstərir. Bankın inkişafındakı əvəzsiz töhfələrinə görə müştərilərimizə, göstərdikləri etimada görə tərəfdaşlarımıza, əzmkarlarıqlarına görə komandamıza təşəkkür edirəm”.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagramvə yaWhatsapphesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət