“Azərkosmos” ASC 2021-ci ildə peyklərin kommersiya istismarından $45,3 milyon məbləğində gəlir əldə edib ki, bu da 2020-ci ilin göstəricisindən 0,4% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Ötən il ərzində “Azərkosmos” tərəfindən 41 ölkəyə peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixrac edilib. Bu dövrdə xidmətlərin əsas həcmi ABŞ ($10,4 milyon), Böyük Britaniya ($8,2 milyon), Fransa ($11,4 milyon), Malayziya ($6,9 milyon) və BƏƏ-yə ($1,9 milyon) ixrac edilib.
Hesabat dövründə “Azərkosmos”un ümumi gəlirlərinin 89%-ni xidmətlərin ixracından əldə olunan gəlirlər təşkil edib.
“Azərkosmos” ASC 2020-ci ildə peyklərin kommersiya istismarından $45,1 milyon məbləğində gəlir əldə edib ki, bu da 2019-cu ilin göstəricisindən 3,9% çoxdur.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.**
B.Rüstəmbəyov
Azərbaycanda COVID-19-a yoluxma sayı azalıb
Şahmat üzrə Azərbaycan yığması sabah Ermənistanla qarşılaşacaq
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq
Ucarda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 10,1 milyon manat ayrılıb
Avqustun 13-dən 27-dək Azərbaycanın ərazi sularında “Dəniz Kuboku” müsabiqəsi keçiriləcək
Çavuşoğlu Ermənistana xəbərdarlıq edib
Kreml: Putin və Paşinyan Qarabağ üzrə razılıqların icrasını müzakirə ediblər
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Azərbaycanda açıq bankçılıq üzrə İLK HACKATHON qalibləri müəyyən olundu!
NEQSOL Academy gələcək inkişaf üçün oyunlaşdırma texnikasını təqdim edib