Avropa İttifaqı Azərbaycana 2 milyard avro məbləğində maliyyə paketi ayıracaq. Bu barədə Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi bəyan edib.
Azərbaycan XİN-in məlumatına əsasən, Oliver Varhelyi cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı bəyan edib ki, Aİ Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinə böyük önəm verir.
“Varhelyi qeyd edib ki, Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır. Onun sözlərinə görə, Aİ iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırır və bu çərçivədə konkret layihələrin reallaşmasını nəzərdən keçirir”, - məlumatda vurğulanır.
O əlavə edib ki, həmçinin Aİ azad edilmiş ərazilərin (Qarabağ və Şərqi Zəngəzurun - İF) yenidənqurma prosesində iştiraka hazırdır.
Öz növbəsində, Bayramov regionda cari vəziyət, Ermənistan ilə münasibətlərin normallaşması, sərhədin delimitasiya prosesi, eləcə də mina təhlükəsi kimi məsələlər barədə Avropa komissarına məlumat verib.
“Tərəflər, regional təhlükəsizlik, enerji tərəfdaşlığı, iqtisadi əlaqələr, həmçinin nəqliyyat və bağlantılar, sektoral əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar. Bundan başqa, Azərbaycan və Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tamamlanmasının əhəmiyyəti qarşılıqlı şəkildə ifadə edilib”, - XİN-dən bildirilir.
Azərbaycan prezidenti İlham Əliyev Aİ-nin Bakı və İrəvana maliyyə dəstəyinin verilməsi ilə bağlı yanaşmasını dəfələrlə tənqid edib. Xüsusilə, ilkin olaraq Azərbaycana $150 milyon, Ermənistana isə - 2,6 milyard avro məbləğində vəsaitin ayrılması nəzərdə tutulurdu. Azərbaycan prezidenti bu cür yanaşmanın ədalətsiz olduğu hesab edirdi. Onun fikrincə, hər iki ölkəyə yardım paketi eyni olmalıdır. **
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət