Bakı a dünyanın ən gözəl şəhərlərindən biridir, ancaq paytaxtın bütün yerləri heç də bu meyarlara cavab vermir.Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“İnkişaf üzrə genişmiqyaslı işlərə baxmayaraq, bu günə qədər mövcud olan problemlər də var, o cümlədən Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhəri gördüyümüz işlər nəticəsində dünyanın ən gözəl şəhərlərinin birinə çevrilib. Bakıya gələn qonaqlar və əlbəttə ki, yerli sakinlər bunu məmnunluqla qeyd edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu meyarlara cavab vermir. Ona görə xüsusilə inkişafa yönəlmiş addımlar Bakının hər bir guşəsində atılmalıdır. İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır”, - Əliyev bu gün bir sıra rayonların İcra Hakimiyyətinin başçılarını təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısının sözlərinə görə, ilk növbədə, rayonlarda vəziyyət dərindən təhlil edilməlidir.
“mövcud problemlərə xüsusi diqqət göstərilməlidir. Son illər ərzində ölkəmizin hər bir yerində genişmiqyaslı quruculuq-abadlıq işləri, geniş islahatlar aparılır. Bildirməliyəm ki, 2004-cü ildə qəbul edilmiş birinci Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının və sonrakı dövrdə buna oxşar proqramların qəbul edilməsi bölgələrdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişdirmişdir. Qarşıda duran əsas vəzifələr icra edildi, infrastrukturla bağlı olan məsələlər, sosial obyektlərin təmiri, tikintisi, ictimai yerlərin yaradılması, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması, yəni, bütün bu göstəricilər, eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən qeyd edilir və Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir. Amma bu, o demək deyil ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənək. Ölkə qarşısında hələ də problemlər var və bu problemlər həll olunmalıdır”, - Əliyev deyib. **
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət