“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunun daha bir sahəsində - Sumqayıt-Sitalçay istiqamətində yenidənqurma işlərini başa çatdırıb.
ADY-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər ki, 2022-ci ilin fevral ayında Sumqayıt-Sitalçay istiqamətində yolun yenidən qurulan hissəsində qatarların hərəkətinə başlanılıb.
İkixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər mürəkkəb texniki uzlaşdırma şəraitində aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir. 31,4 km-lik Sumqayıt-Sitalçay sahəsində yeni inşa edilən xəttin istifadəyə verilməsindən sonra ikinci xəttin də yenidən qurulmasına start verilib.
“Bu sahə Sumqayıt-Yalama dəmir yolunun istifadəyə verilən sayca ikinci hissəsidir. Ötən ilin dekabrında Şabran-Çarxı istiqamətində layihə çərçivəsində ilk 23 km dəmir yolu xətti yenidən qurularaq hərəkətə açılıb”, - deyə məlumatda qeyd olunur.
Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur.
“Bu günədək yenidənqurma işlərinin 25,62%-i artıq tamamlanıb. 46 körpü, 81 dairəvi suötürücü boru və 7 ədəd heyvan keçidi inşa edilib. Yol boyu 13 ədəd yerüstü piyada keçidinin və 32 ədəd eyni səviyyəli dəmiryol keçidinin tikintisi planlaşdırılır”, - deyə məlumatda vurğulanır.
Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulması layihəsi “Dəmir yolları sektorunun inkişafı proqramı” çərçivəsində Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankı, həmçinin Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyi arasında imzalanan müqavilələrə uyğun olaraq birgə maliyyələşdirmə əsasında həyata keçirilir. Yenidənqurma işlərinə 2020-ci il 18 fevral tarixində start verilib.
Bakı-Yalama dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb.
Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanın Cənub-Şərqi Asiya ilə, eləcə də Azərbaycan, İran və Rusiyanın dəmir yollarının birləşdirilməsinə xidmət edir. Birinci mərhələdə bu dəhlizlə illik 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan artıq yük nəqli planlaşdırılır.
Bakı (Biləcəri)-Yalama dəmir yolunun uzunluğu 348 km-dir. Layihə Dünya Bankı və Fransa İnkişaf Agentliyinin kreditləri, eləcə də Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət