Azərbaycan hökuməti buğda ehtiyatının bir neçə dəfə artırılması üzərində işləyir. Bunu baş nazir Əli Əsədov deyib.
“Biz ehtiyatlarımızın, o cümlədən buğda ehtiyatının əhəmiyyətli dərəcədə artırılması üzərində işləyirik”, - deyə o, bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı bildirib.
Baş nazirin sözlərinə görə, 2021-ci ildə hökumət buğda idxalçılarına 75 milyon manat ($44,1 milyon) subsidiya verib.
O qeyd edib ki, Azərbaycan taxılı əsasən Rusiyadan idxal edir.
Xarici bazarlarda vəziyyətlə əlaqədar taxılın (buğdanın), uşaq qidaları da daxil olmaqla ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur. “Hazırda hökumət bu məsələ ilə məşğul olur”, - deyə Ə.Əsədov vurğulayıb.
Azərbaycan 2021-ci ildə 1 milyon 148,1 min ton buğda idxal edib ki, bu da 2020-ci ilin göstəricisindən 15,9% azdır. Respublikaya idxal olunan buğdanın ümumi dəyəri $331 milyon 946 min (artım 11,8%) təşkil edib.
2021-ci ildə Azərbaycana buğdanın əsas tədarükçüsü Rusiya olaraq qalıb. Bu ölkədən $315,191 milyon dəyərində (artım 7,5%) 1 milyon 94,236 min ton (azalma 18,9%) buğda idxal edilib. Bütövlükdə, Azərbaycana buğda idxalının 95,3%-i Rusiyanın payına düşüb.
2021-ci ildə Azərbaycana buğdanın digər tədarükçüsü Qazaxıstan olub. Bu ölkədən $15 milyon 850,6 min dəyərində (artım 4,7 dəfə) 52,746 min ton (artım 3,5 dəfə) buğda idxal edilib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət