“VTB Bank (Azerbaijan)” ASC Rusiya Bankının Maliyyə Mesajlarının Köçürmə Sistemi (MMKS) vasitəsilə Rusiya Federasiyasındakı müxbirləri ilə bütün maliyyə əməliyyatlarını həyata keçirməyə davam edəcək.
““VTB Bank (Azerbaijan)” müştəriləri əvvəlki qaydada Rusiya ilə rublla pul köçürmələri və qəbulu üzrə əməliyyatlar apara, alınan rublu Azərbaycan manatına çevirə, həmçinin ölkə daxilində manatla əməliyyatlar apara bilərlər. “VTB Bank (Azerbaijan)” ərazisində yaradılmış və Azərbaycan Respublikasının qanunlarına tabe olan hüquqi şəxsdir. Bank kifayət qədər likvidliyə və kapitala malikdir və müştərilərə lazımi maliyyə xidmətlərini təqdim edərək, adi qaydada fəaliyyətini davam etdirir”, - deyə bankın məlumatında bildirilir.
MMKS maliyyə məlumatlarının ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün Rusiya banklararası sistemidir, meqatənzimləyicinin məlumat və telekommunikasiya sistemi əsasında fəaliyyət göstərir və maliyyə mesajlarının ötürülməsi üçün zəmanətli və fasiləsiz xidmətlərin göstərilməsini təmin edir.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət