Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin Qarabağa qaz təminatı ilə bağlı ölkəmizə qarşı irəli sürdüyü növbəti əsassız iddiasına münasibət bildirib.
“Ermənistan Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan ərazisində keçirilən tədbirdə iştirakı, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir”, - deyə L.Abdullayeva qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır.
“Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqazidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin, beləliklə, regional sülhə və əmin-amanlığa töhfə versin”, - deyə L.Abdullayeva vurğulayıb.*
Tağıyev Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib
BP AÇG blokunda qiymətləndirmə quyusunun qazılması proqramını başa çatdırır
Peskov: Putin və Ərdoğan yaxın perspektivdə görüşə bilərlər
Hersoq Əliyevlə danışıqlarda İranın yaratdığı riskləri müzakirə edib
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank 2022-ci il üzrə audit hesabatını açıqladı
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək