Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deputat Mixail Delyaginin Azərbaycan haqqında səsləndirdiyi fikirləri şərh edərkən bildirib ki, rəsmi şəxslər ictimaiyyət qarşısında dediklərinin hesabını verməlidirlər.
“Dövlət Dumasının deputatı Delyaginin dövlət kanalının efirində emosional açıqlamaları ilə bağlı vəziyyət bizi bir daha o problemə qaytarır ki, təəssüf ki, bəzi rəsmi şəxslər heç də həmişə ictimaiyyət qarşısında dediklərinin hesabını vermirlər. İstənilən duyğular və şəxsi seçimlər şəxsi olaraq qalmalıdır, çünki geniş auditoriya üçün rəsmi şəxsin istənilən bəyanatı bu şəxsin təmsil etdiyi hakimiyyətin mövqeyi kimi görünür”, - deyə Savelyevin “İnterfaks-Azərbaycan” agentliyinə daxil olmuş bəyanatında bildirilir.
O qeyd edib ki, Delyaginin üzrxahlıq və izahatları onun hərəkətinə haqq qazandıra bilməz.
“Sonrakı üzrxahlıqlar və izahatlar bu, sırf şəxsi fikirdir, vəziyyəti çox dəyişmir. Bu, cəmiyyətimizin sabitliyə, zəmanətə son dərəcə ehtiyacı olduğu indiki dövrdə xüsusilə təhlükəlidir. Azərbaycanla əldə olunan razılaşmalar baxımından da vəziyyət yaxşı görünmür. Xatırladım ki, fevral ayında Rusiya və Azərbaycan prezidentləri müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalayıblar, onun birinci bəndinə əsasən, ölkələrimiz öz münasibətlərini qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, mübahisələrin dinc yolla həlli prinsiplərinə sadiqlik əsasında qururlar”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixail Delyaginin iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb. M.Delyagin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilib.*
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət