Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau təşkilatın sülh sazişinin imzalanması məsələsində Azərbaycan və Ermənistana kömək etməyə hazır olduğunu bildirib.
“ATƏT Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə kömək etməyə, eyni zamanda, Cənubi Qafqazda sülhün bərqərar olması üçün bütün səyləri göstərməyə hazırdır”, - deyə o, bu gün Bakıda xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə söyləyib.
Z.Rau qeyd edib ki, birgə səylərlə humanitar məsələlər, itkinlərin taleyinin müəyyən edilməsi, tarixi və mədəni abidələrin qorunması məsələlərində də irəliləyişə nail olmaq mümkündür.
“ATƏT, həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə də töhfə verməyə hazırdır. Təşkilatın bu sahədə böyük təcrübəsi var”, - deyə polşalı nazir əlavə edib.
Öz növbəsində, C.Bayramov qeyd edib ki, Bakı son günlərdə İrəvandan müsbət mesajlar müşahidə edir. Bununla belə, o ümidvar olduğunu deyib ki, Ermənistan tərəfindən səsləndirilən bəyanatlar sadəcə söz olaraq qalmayacaq.
“Biz Ermənistandan müsbət mesajlar görürük. Ümid edirik ki, bu, növbəti informasiya kampaniyası deyil, Ermənistan tərəfindən ciddi münasibətin təzahürü olacaq. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan hazır olduğunu (sülh sazişinin imzalanmasına - İF) bildirib. Konkret addımlar atmağın vaxtı yetişib. Tezliklə bu istiqamətdə real nəticələr görməyə ümid edirik”, - deyə XİN başçısı vurğulayıb.
O, həmçinin qeyd edib ki, Bakı Varşava ilə Azərbaycanın azad edilmiş ərazilərində tikinti-bərpa işləri ilə bağlı əməkdaşlıqdan şad olacaq.*
X.Nəsirzadə
Aİ ölkələri TAP vasitəsilə Azərbaycandan ümumilikdə 20 milyard kubmetrdən çox qaz alıb
Azərbaycan və Monteneqro arasında “Hava əlaqələri haqqında” saziş imzalanıb
Serbiya 2024-cü ilin əvvəlində Azərbaycandan qaz tədarükünə ümid edir
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı cüzi azalıb
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir