2022-ci ildə İtaliyaya uzunmüddətli və spot müqavilələr əsasında Azərbaycan qazının ixracı 9,5 milyard kubmetr təşkil edəcək. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bəyan edib.
2021-ci ildə Azərbaycandan İtaliyaya qaz ixracı təxminən 7 milyard kubmetr təşkil edib.
“Hazırkı artım tempinin davam edəcəyi təqdirdə bu ilin sonuna qədər İtaliyaya uzunmüddətli və spot müqavilələr əsasında qaz ixracımızın 9,5 milyard kubmetrə çatacaq”, - Şahbazov bu gün Bakıda keçirilən “Azərbaycan-İtaliya: “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə aparan yol” adlı konfransda bildirib.
Onun sözlərinə görə, TAP qaz kəmərinin genişlənməsi yalnız İtaliyaya deyil, həm də Avropanın digər ölkələrinə qaz nəqlini artırmağa imkan yaradacaq. “Bu səbəbdən, bütün maraqlı tərəfləri bu prosesdə (qaz kəmərinin genişlənməsi - İF) iştiraka dəvət edirik”, - nazir vurğulayıb.
Şahbazov əlavə edib ki, 31 dekabr 2020-ci ildən etibarən TAP ilə Avropaya 10 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb.
Nazir TAP qaz kəmərinin genişlənməsi ilə 10 faiz həcmində hidrogen qarışığının nəqlinin mümkünlüyünü vurğulayıb. O, həmçinin İtaliya şirkətlərini dənizdə külək enerjisindən istifadə ilə Avropaya “yaşıl enerji” və “yaşıl” hidrogen ixracının məsələlərində əməkdaşlıq imkanlarını dəyərləndirməyə çağırıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət