Asiya İnkişaf Bankı (AİB) 2022-ci ildə Azərbaycanda ÜDM-in artım tempini 3,7% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın bu gün dərc olunmuş “Asian Development Outlook 2022” icmalında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, 2021-ci ilin sentyabrında AİB Azərbaycanda ÜDM-in bu il 2,5% artacağını proqnozlaşdırmışdı.
Bankın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM-in artım tempi 2,8%-dək azalacaq.
“Bizim qiymətləndirmələrimizə görə, sənaye istehsalında artım 2022-ci ildə 2,5%, 2023-cü ildə 2,7% təşkil edəcək. Qarabağ bölgəsinin bərpası üçün böyük həcmdə investisiya isə tikinti sektorunun 2022-ci ildə 2,7% və 2023-cü ildə 2,5% artmasına kömək edəcək. Turizmin bərpası və pərakəndə ticarətin artması hesabına xidmət sektorunun artımı 2022-ci ildə 5,2%, 2023-cü ildə 3% təşkil edəcək”, - deyə bank vurğulayır.
Bundan başqa, kənd təsərrüfatı sektoru 2022-ci ildə 6%, 2023-cü ildə 5,5% artacaq.
AİB-də hesab edirlər ki, Rusiya və Ukraynadan ərzaq tədarükünün azalması fonunda Azərbaycan hökuməti tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarının subsidiyalaşdırılması və bu sahədə aktiv lizinq proqramı yerli kənd təsərrüfatı istehsalının artımını təmin edəcək.
Həmçinin Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsi, yaşıl enerjinin inkişafı və özəl investisiyaların artması fonunda 2022-ci ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 2% artacağı gözlənilir. 2023-cü ildə investisiyaların 3,5% artacağı proqnozlaşdırılır.
AİB-in proqnozlarına görə, Azərbaycanda orta illik inflyasiyanın artımı 2021-ci ildəki 6,7%-ə qarşı 2022-ci ildə 7%, 2023-cü ildə 5,7% təşkil edəcək. Rusiya və Ukraynadan ərzaq məhsullarının idxalı ilə bağlı problemlər 2022-ci ildə inflyasiyanın sürətlənməsinə təsir edəcək. Bundan başqa, sosial yönümlü dövlət xərclərinin, dövlət qulluqçularının əməkhaqlarının və minimal əməkhaqqının qaldırılması inflyasiyanın sürətlənməsinə təkan verəcək”, - deyə icmalda vurğulanır.
AİB-in qiymətləndirmələrinə görə, 2022-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 20,2%-ni (2021-ci ildə 12,9%-ni), 2023-cü ildə 16,9%-ni təşkil edəcək.
Bankda hesab edirlər ki, ixracın 14% artımı səbəbindən xarici ticarətdəki profisit 2022-ci ildə 48,5% yüksələcək. Bəzi mallar üzrə aksiz vergi dərəcələrinin qaldırılması, habelə Rusiya və Ukraynadan malların təchizatında problemlərin yaranması səbəbindən Azərbaycana idxalın 2022-ci ildə 10,3%, 2023-cü ildə isə 4,8% azalacağı proqnozlaşdırılır.
AİB-in proqnozlarına görə, neftin qiymətinin yüksək olması, eləcə də Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin azalması Azərbaycanın beynəlxalq ehtiyatlarının 2024-cü ilədək $54,3 milyarda qədər artmasına səbəb olacaq.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,9%, orta illik inflyasiyanı 4% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb, inflyasiya 6,7% təşkil edib.*
A.Əzizov
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət