Ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş olub.
Son 4 ay ərzində bu, faktiki olaraq, eyni tərkibdə üçüncü görüş idi: birinci görüş ötən ilin dekabrın ortalarında Brüsseldə əyani formatda, fevralın 4-də isə Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə videoformatda keçirilib.
Birinci görüşdə Cənubi Qafqazda ümumi vəziyyət və kommunikasiyaların açılması perspektivləri, ikinci görüşdə humanitar aspektlər (Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinin aydınlaşdırılması və İrəvanın azərbaycanlıların kütləvi məzarlıqları ilə bağlı məlumat verməsi) müzakirə olunub. Üçüncü görüş isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının əsasını təşkil edən başlıca siyasi məsələlərin müzakirəsinə həsr olunub.
Bəs Brüsseldə nədən danışdılar və 4 saatdan artıq davam edən danışıqların yekunları üzrə hansı razılaşmalar əldə olundu:
Burada iki əsas məqamı qeyd etmək lazımdır. Birincisi, Azərbaycan və Ermənistan liderləri sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılıq əldə ediblər. Bir həftə əvvəl Prezident İlham Əliyev Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunu qəbul edərkən Bakının belə bir sənədin mümkün olduğu qədər qısa müddətdə imzalanmasına tərəfdar olduğunu bəyan edib. Ermənistan rəhbərləri də sülh müqaviləsi üzərində işə başlamaqda maraqlı olduqlarını sözdə təsdiq etsələr də, bunu birbaşa yox, ATƏT-in Minsk qrupu vasitəsilə etmək istəyirdilər ki, bu da Azərbaycanın maraqlarına qətiyyən uyğun gəlmir. Brüssel razılaşması onu göstərir ki, İrəvan sülh müqaviləsi üzrə birbaşa danışıqlara razılaşmağa məcbur olub. Əlbəttə, bu o demək deyil ki, sülh müqaviləsi üzrə danışıqlar sürətlə gedəcək, Ermənistanın əldə edilmiş razılaşmaları yerinə yetirməyi uzatmağı sevdiyini hamımız bilirik. Bununla belə, əldə edilmiş razılaşma göstərir ki, Bakının sülh müqaviləsi ilə bağlı təklifləri beynəlxalq aktorlar tərəfindən qəbul edilib və onlar təkliflərin reallaşdırılması üçün İrəvana müəyyən təzyiqlər göstərəcəklər, çünki ortada siyasi nüfuz məsələsi var. Bu isə o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü gələcək sülh müqaviləsinin fundamental əsasını təşkil edəcək.
İkinci məqam aprelin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası üçün birgə komissiyanın yaradılmasıdır. Sərhədin delimitasiyası mövzusu 2021-ci ilin may ayından fəal şəkildə qaldırılsa da, komissiyanın yaradılması vaxtı ilə bağlı indiyə qədər konkretlik əldə edilməmişdi. 2021-ci il noyabrın 26-da Soçidə Əliyev-Putin-Paşinyan görüşündə Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması ilə bağlı müəyyən razılaşmalar əldə olunub. Brüssel danışıqlarında isə irəliyə doğru daha bir addım atılıb və tərəflər birgə komissiyanın aprelin sonuna qədər yaradılmasını razılaşdırıblar. Bu komissiyanın yaradılması məsələsində müəyyənliyin əldə olunması da Bakının irəli sürdüyü gündəliyin vacib bəndlərindən biri idi. Bu komissiyanın mandatı sərhədlərin delimitasiyası və sərhəd xətti boyu və onun yaxınlığında sabitliyin və təhlükəsizliyin təmin edilməsindən ibarət olacaq.
Brüssel danışıqlarının yekunları üzrə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam riayət edilməsinin, hər iki tərəfdən humanitar məsələlərin həllinin, tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinin, regionda nəqliyyat kommunikasiyalarının açılmasının zəruriliyi bir daha təsdiqlənib. Bununla yanaşı, Aİ Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması prosesinə dəstək verməyə hazır olduğunu təsdiqləyib.
Sonda bir daha vurğulamaq olar ki, bu gün İrəvanla münasibətlərin normallaşdırılması ilə bağlı gündəliyi məhz Bakı diktə edir və onun bəndlərinin həyata keçirilməsini planlı şəkildə irəlilədir. Bu gündəliyin beynəlxalq aktorlar tərəfindən dəstəklənməsi isə vacib məqamdır. İndi başlıca məsələ əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin təmin edilməsidir. Və bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında vasitəçi kimi çıxış edən beynəlxalq tərəfdaşların üzərinə bununla bağlı böyük məsuliyyət düşür. Onların vəzifəsi İrəvanın razılaşmaların icrasından əvvəllər də olduğu kimi yayınmasına imkan verməməkdir. Beynəlxalq tərəfdaşlar bu istiqamətdə nə qədər çox fəallıq nümayiş etdirsələr, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması da bir o qədər tez baş tuta bilər.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət