Prezident İlham Əliyev bəyan edib ki, Minsk qrupunun fəaliyyəti Qarabağ münaqişəsinin həllinə yox, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının əbədiləşdirilməsinə yönəlmişdi.
“Vasitəçilərə gəldikdə deyə bilərəm ki, əfsuslar olsun ki, bu gün hələ də Minsk qrupu haqqında Ermənistanda yüksək vəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir və bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə,verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmayıb. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır”, - deyə dövlət başçısı bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağ münaqişəsini hərbi-siyasi yolla, təkbaşına və vasitəçilərsiz həll edib.
İ.Əliyev qeyd edib ki, 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupu demək olar ki, heç bir nəticə əldə etməyib.
Dövlət başçısı bildirib ki, Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmayıb.
“Məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq. Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı”, - deyə o əlavə edib.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət