Aprelin 27-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
“İki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, müxtəlif istiqamətlərdə, o cümlədən energetika, elm və informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfovun, Bolqarıstan tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Vasil Georgievin rəhbərlik etdiyi nümayəndə heyətləri ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin hazırkı inkişafı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb, kiçik və orta biznes arasında birbaşa ticarət əlaqələrinin zəruriliyini qeyd ediblər.
Nazir müavini X.Xələfov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqlar, erməni işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr barədə qarşı tərəfə ətraflı məlumat verib. Məcburi köçkünlərimizin öz doğma yurdlarına layiqli şəkildə qayıda bilmələri və regionda davamlı sabitliyin və təhülkəsizliyin təmin olunması istiqamətində ölkəmizin səyləri haqda danışıb.
Nazir müavini V.Georgiev Azərbaycanda səfərdə olduğu müddətdə rəhbərlik etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlərin səmərəli olduğunu məmnunluqla diqqətə çatdırıb. Azərbaycanın həm Cənubi Qafqaz bölgəsində, həm beynəlxalq miqyasda mühüm və etibarlı tərəfdaş olduğunu bildirib. O, qarşılıqlı maraq kəsb edən irimiqyaslı iqtisadi-ticarət layihələrində əməkdaşlıq imkanlarının müzakirə edilməsinə ölkəsinin hazır olduğunu söyləyib. V.Georgiev Bolqarıstanın XİN rəhbəri Teodora Qençovska tərəfindən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun öz ölkəsinə dəvət edildiyini məmnunluqla diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Bolqarıstan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanaraq, səfərlərin və görüşlərin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib.*
R.Kərimov
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət