Hazırda Rusiya şirkətləri Azərbaycanda dəyəri $2 milyarddan artıq olan 20-dən çox investisiya layihəsi həyata keçirir. Bunu RF iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç deyib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, aprelin 26-da Bakıda iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 20-ci iclası keçirilib.
“İki gün davam edən tədbirlər zamanı Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığına dair 30-dan artıq aktual məsələyə baxılıb. Əmtəə dövriyyəsinin artırılması, tədarük edilən malların nomenklaturasının genişləndirilməsində müsbət dinamikanı qeyd etdik, həmçinin nəqliyyat, sənaye, yanacaq-energetika və kənd təsərrüfatı sahələrində gələcək qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirdik”, - deyə D.Volvaç qeyd edib.
Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 16% – $3,4 milyarda qədər artıb. “Bu il biz ticarət dövriyyəsində 10% artım qeydə alırıq və daha böyük nəticələr gözləyirik”, - deyə nazir müavini vurğulayıb.
Azərbaycan ərazisində Rusiya kapitalı ilə 1000-ə yaxın şirkət fəaliyyət göstərir: ümumi dəyəri $2 milyarddan artıq olan 20-dən çox investisiya layihəsi həyata keçirilir.
“Gündəlikdə duran məsələ ölkələrimizin ərazisində biznesin aparılması üçün daha rahat şəraitin yaradılmasıdır. 2015-2021-ci illərdə Azərbaycandan Rusiya iqtisadiyyatına investisiyaların həcmi 4 dəfədən çox - $149 milyondan $633 milyona qədər, Rusiyadan Azərbaycana isə 3 dəfədən çox - $65 milyondan $208 milyona qədər artıb”, - deyə o vurğulayıb.
Rusiya biznesinin Azərbaycandakı flaqman layihələri arasında kommersiya yük avtomobillərinin istehsalı, Rusiya istehsalı olan vertolyotlara texniki xidmət və təmir üzrə servis mərkəzinin yaradılması, taxılyığan kombaynların istehsalı, Rusiya istehsalı olan dəmir yolu vaqonlarının Azərbaycana tədarükü yer alır.
Rusiyada ağır yük avtomobillərinin ən iri istehsalçısı olan “KAMAZ” Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olan ilk xarici şirkətdir.
“Azərbaycanlı tərəfdaşlar Ələt azad iqtisadi zonasının yaradılması istiqamətində işlərin aparılması barədə də məlumat verərək orada Rusiya biznesinin iştirakında maraqlı olduqlarını qeyd ediblər. Regionlararası əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı razılığa gəldik. Rusiya-Azərbaycan Regionlararası Forumu biznes-dialoqun qurulması üçün əsas meydançadır. Bu il Forumun payızda Azərbaycanda keçirilməsi planlaşdırılır. Bundan başqa, milli valyutalarda hesablaşmaların artırılması cari gündəlikdə duran aktual məsələdir”, – deyə D.Volvaç əlavə edib.
Onun sözlərinə görə, azərbaycanlı tərəfdaşlar Avrasiya məkanında ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlığa maraq göstərirlər.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət