Bakı və Moskva Rusiya-Azərbaycan Kooperasiya Əlaqələri Mərkəzinin yaradılması barədə razılığa gəlib. Bu barədə RF iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, belə mərkəzin yaradılması ilə bağlı razılaşma 2022-ci il aprelin 26-da Bakıda keçirilən iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında əldə edilib.
İclasın yekunları üzrə “KOS Korporasiyası” SC-nin baş direktoru Aleksandr İsayeviç və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Kooperasiya Əlaqələri Mərkəzinin yaradılması haqqında protokol imzalayıblar.
“Mərkəz biznesin Rusiya və Azərbaycan bazarlarına, eləcə də üçüncü ölkələrin bazarlarına çıxması üçün ölkələrimizin kiçik və orta sahibkarlarına daim qüvvədə olan dəstək mexanizmi təqdim edəcək”, - deyə D.Volvaç vurğulayıb.
Sənədə uyğun olaraq, tərəflər hər iki ölkənin iri şirkətlərinin KOS subyektlərindən satınalmaların həyata keçirilməsinə, həmçinin KOS məhsullarının ticarət şəbəkələrinə tədarükünün təşkilinə kömək etməklə bağlı razılığa gəliblər. Məsələlərin həlli üçün Rusiyanın müasir rəqəmsal texnologiyaları və platformalarından istifadə olunacaq.
“Rusiya və Azərbaycanın kiçik və orta sahibkarlığının inkişafı üçün şəraitin yaradılması ölkələrimizin prioritet vəzifələrindən biridir. Rusiya tərəfi kiçik və orta biznesin yeni bazarlara çıxmasına, kooperasiyanın stimullaşdırılmasına, birgə layihələrə dəstək üçün yeni maliyyə və qeyri-maliyyə alətlərinin hazırlanmasına kömək etmək üçün əməkdaşlığa açıqdır”, - deyə o əlavə edib.
Bu tədbirlərin həyata keçirilməsi Rusiya və Azərbaycanın ixracında KOS subyektlərinin payını artırmağa imkan verəcək.
Rusiya İqtisadi İnkişaf Nazirliyi bildirir ki, ekspertlərin qiymətləndirmələrinə görə, Rusiyanın ümumi ixracında KOS subyektlərinin payı 8,6% və ya $42,3 milyard, Azərbaycanın ümumi ixracında isə 5-6% və ya təqribən $1 milyarddır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət