Aprel ayı dünyada Autizm Maarifləndirmə Ayı kimi geniş qeyd edilir. Autizmə diqqət və dəstək məqsədli ardıcıl layihələr həyata keçirən Yelo Bank bu dəfə qapılarını “Birgə və Sağlam" İctimai Birliyinə açdı. Bankda təşkil edilmiş Autizm günü çərçivəsində təşrif buyuran autizm spektrli uşaqlar adi iş gününə fərqli atmosfer qatdılar.
Qonaqlar Baş ofisdəki iş mühiti və kollektivlə tanış oldular. Daha sonra birliyin nəzdində fəaliyyət göstərən “Kashalata Café” tərəfindən Bankın yeməkxanasında şirniyyat yarmarkası həyata keçirildi. Autizm sindromlu gənclərin hazırladığı müxtəlif şirniyyatlar əməkdaşların böyük marağına səbəb oldu.
Qonaqlar Yelo Bank-a xüsusi sürpriz də hazırlamışdılar: yarmarkanın ardınca Bank-ın tədbir zalında birliyin “Mavi Ürəklər” xor qrupu konsert proqramı ilə çıxış etdi. İstedadlı qrup üzvlərinin çıxışları tədbirin axarına xüsusi rəng qatdı. Konsertdə ifa zamanı əməkdaşlar da qrup üzvlərini müşahidə etdilər. Tədbirdə Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova və Birliyinin sədri Aytən Eynalova söz alaraq autizmli şəxslərin cəmiyyətə adaptasiyasını dəstəkləmək üçün bu kimi layihələrin nə qədər önəmli olduğunu vurğuladılar.
Yelo Bank cəmiyyətdə autizm sindromlu uşaqlara tolerantlığı artırmaq məqsədilə davamlı təşviqat və təbliğat layihələri həyata keçirəcək. Bankın bu cür sosial təşəbbüslərdə əsas məqsədi autizmə fərqlilik, eyni zamanda bərabərlik kimi yanaşmanı aşılamaqdır. Qeyd edək ki, bu Yelo Bank-ın ay ərzində autizmə dəstək məqsədilə keçirilmiş 2-ci layihəsidir. Əvvəlki layihə çərçivəsində Bank autizm spektrli və digər fiziki imkanları məhdud uşaqlarla birgə quş yuvaları düzəldərək şəhərimizin müxtəlif parklarında yerləşdirib.
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət