Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar hazırda Azərbaycan-Rusiya ticarət münasibətlərinə mənfi təsir göstərməyib.
“Hələlik anti-Rusiya sanksiyalarının heç bir mənfi təsirini görməmişik. Lakin hadisələrin necə cərəyan edəcəyini bilmirik, sanksiyalar qüvvədə qalarsa, yaxın yarım il və ya bir il ərzində nə baş verəcək”, - Əliyev cümə günü “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə ticari münasibətləri kifayət qədər şaxələndirilmişdir, ticarət dövriyyəsinin həcmi artır. “Lakin RF barəsində sanksiyalar şəraitində ticarət, pul köçürmələri sahəsində nə baş vercəyini anlamaq lazımdır. Biz bu şəraitdə nələr edə biləcəyimizə, hansı qərarlar qəbul edə biləcəyimizi nəzərdən keçirməliyik”, - prezident qeyd edib.
Əliyev vurğulayıb ki, aprelin 26-da Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçirilib. İclasda gələcəkdə atılacaq addımlar müzakirə olunub. “Bizim fermerlər üün Rusiya ən iri bazardır. Həmçinin, Rusiya istehsalçıları üçün bizim bazar böyük önım kəsb edir. Xarici ticarətdə bizdə mənfi saldomuz var, biz Rusiyadan daha çox alırıq, nəinki satırıq. Lakin Rusiyaya ixracımız artır”, - prezident əlavə edib. **
R.Əhmədov
Azərbaycanda son sutka ərzində COVID-19-dan 5 nəfər vəfat edib
“Turkish Airlines”ın Bişkek-Antalya təyyarəsi Bakıya plandankənar eniş edib
“Azərsu” Gəncə şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına 49,5 milyon manat yönəldəcək
Zəngilan şəhəri kiçik mərtəbəli binalardan və fərdi yaşayış evlərindən ibarət olacaq
Paşinyan və Rəisi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər
Azərbaycan XİN başçısı: İrəvan Bakı ilə sülh müqaviləsinin hazırlanmasından yayınır
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
Bakı Ali Neft Məktəbinin 4 məzunu Dövlət Proqramının qalibi olub