Xarici İşlər Nazirliyi valideynləri Xarkov şəhərində həlak olmuş yetkinlik yaşına çatmayan 3 uşağın Azərbaycana təxliyə edilməsi ilə bağlı məlumat yayıb.
“Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı, Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı - 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna Azərbaycana təxliyə edilib”, - deyə məlumatda bildirilir.
Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya Federasiyası ərazisinə keçirilib.
Uşaqların ölkəmizə repatriasiya edilməsi üçün Azərbaycanın dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib. Daha sonra məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onların qayıdış şəhadətnamələri rəsmiləşdirilib və gətirilmələri üçün addımlar atılıb.
Azərbaycan Respublikasının hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işi davam etdiriləcək.*
R.Kərimov
Radev Bolqarıstanda daxili siyasi öhdəliklər səbəbindən Azərbaycana səfərini təxirə salıb
Bayramov Knyazevə Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı Azərbaycanın mövqeyini ifadə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Netanyahunun ofisi: İsrail atəşkəslə bağlı HƏMAS ilə danışıqlar masasına qayıdacaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət