Prezident İlham Əliyev “2022 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” Sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Sərəncama əsasən, 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il mayın 10-dan iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:
Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;
2022 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Xarici İşlər Nazirliyinə 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.
Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.
Sərəncamın mətni bu gün dövlət başçısının rəsmi saytında dərc olunub.
2022 Formula 1 Azərbaycan Qran Pri yarışı 10-12 iyun tarixlərində keçiriləcək.*
B.Rüstəmbəyov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət