Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 1 milyard 641 milyon 440,6 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-aprel aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 milyard 347 milyon 885,6 min manat təşkil edib. Beləliklə, 2022-ci ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 24,9% artıb.
Hesabat dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 169 milyon 523,6 min manat (artım 31,6%), aksizlər üzrə 39 milyon 858,1 min manat (azalma 22%), yol vergisi üzrə 16 milyon 777 min manat (artım 20,9%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 410 milyon 281,8 min manat (artım 13,8%) məbləğində olub.
2022-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4,26 milyard manat təşkil edir.*
B.Rüstəmbəyov
Bülbüloğlu Qaluzinlə Bakı-İrəvan münasibətlərinin normallaşdırılması perspektivlərini müzakirə edib
Orban: “Enerji məsələləri Bakı və Budapeştin diqqət mərkəzindədir”
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı azalıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 46 milyon manatlıq şəkərsalıcı dərman vasitəsi alır
Naxçıvan sakinləri İranda baş vermiş 4,8 bal gücündə zəlzələni yenidən hiss ediblər
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Paşinyan Ermənistan ordusunu qadınlar hesabına gücləndirməyi planlaşdırır
İran XİN və DİN başçıları Azərbaycanın Tehrandakı səfirliyinə hücumu müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank-ın mikro krediti ilə biznes məqsədlərinizə çatın
Birbank lotereyasının qalibləri müəyyən olundu
Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir