Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Ermənistandakı hazırki siyasi vəziyyəti və Azərbaycanla sülh sazişi imzalamaq niyyətində olan bu ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətin etirazlarını şərh edib.
“Müxalifət liderləri Azərbaycanla süıh sazişi imzalamamağı tələb edirlər. Bunun əvəzinə isə nə təklif edirlər – yenidən Azərbaycanla müharibəyə başlamağı? Bunu hələ yaxın keçmişdə hakimiyyətdə olan müxalifət təklif edir – Robert Koçaryan, Serj Sarqsyan, Artur Vanetsyan, Seyran Oqanyan. Bu şəxslər Azərbaycanla sivil münasibətlərin qurulması ilə bağlı istənilən imkanı əldən veriblər və faktiki olaraq, Ermənistanı uçurumun kənarına və bundan sonra da hərbi məğlubiyyətə gətiriblər”, - Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, etiraz müxalifəti adlandırlan onlar Azərbaycanla sülh sazişi imzalamaq və sərhədlərin delimitasiyasını həyata keçirmək niyyətinə görə baş nazir Paşinyanı satqınlıqda ittiham edərək, yenidən ölkədə hakimiyyəti ələ keçirməyə çalışırlar. “Sual vermək istəyirəm – hakimiyyətə yenidən gələndən sonra onlar nə edərdilər? Yəgin, 30 il əvvəl olduğu kimi, heç nə. Axı onlar Azərbaycan torpaqlarının işğalının əbədi davam edəcəyini ümid edirdilər. İndi isə onlar Paşinyanı məğlubiyyətdə ittiham edirlər. Mən Paşinyanı ideallaşdırmıram – onun da səhvləri, müsbət və mənfi cəhətləri var. Əksinə, onun qərarsızlığına görə ona tənqidlə yanaşıram. 2018-2020-ci illərdə Paşinyan Qarabağla əlaqədar sülh danışıqlarını puç etdi və işi müharibəyə çatdırdi, nəticədə isə məğlub oldu”, - Ağacanov vurğulayıb.
O əlavə edib ki, Paşinyanı “əraziləri təhvil verməkdə” ittiham etmək axmaqlıqdır, çünki həmin ərazilər qanuna və tarixə əsasən Azərbaycana məxsusdur. “Əgər Ermənistanda hakimiyyət və müxalifət orta məxrəcə gələ bilməsələr və Azərbaycanla münasibətlərin normallaşması prosesini pozsalar, o zaman Ermənistan dövlətçiliyi özü təhlükə altında qalacaq və kənardan heç kim onu xilas etməyəcək”, - Ağacanov yekun vurub. **
R.Əhmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət