Azərbaycan qazının tədarükünün artırılması Bolqarıstan üçün daha perspektivli variantdır. Bolqarıstanın sabiq iqtisadiyyat və enerji naziri Trayço Traykov belə hesab edir.
“Qaz böhranının olduğunu düşünmürəm, çünki qaz var. Artıq bir ildir qazın qiyməti ilə əlaqədar problem mövcuddur və Bolqarıstan üçün ən perspektivli variant Azərbaycandan təbii qaz həcmlərinin artırılmasıdır”, - mətbuat sabiq nazirin sözləridən sitat gətirir.
Traykov qeyd edib ki, zəruri qazın qalan həcmi Bolqarıstana digər üsullarla, misal üçün ABŞ-dan tədarük ilə kompensasiya edilməlidir.
TAP qaz kəməri ilə Avropaya nəqlə 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi nəzərdə tutulduğundan 4 dəfə az olub.
Hazırda Azərbaycan qazı Bolqarıstana Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) illik ötürmə gücü 3,68 milyard kubmetr olan mövcud xətlə nəql edilir. Bu, Azərbaycan qazının Bolqarıstana idxal imkanlarını kəskin azaldır və illik yalnız 250-300 milyon kubmetr üqaz nəql etməyə imkan verir.
Daha əvvəl Bolqarıstanın baş naziri Kirill Petkov bəyan edib ki, Bolqarıstan cari ilin sentyabr ayında Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) ilə Azərbaycan qazı əldə etməyi ümid edir.
O xatırladıb ki, iyunun sonunda İGB-nin istifadəyə verilməsi fakt olacaq və sentyabrdan etibarən onun vasitəsilə Azərbaycan qazı nəql olunacaq. Onun sözlərinə görə, bu, Bolqarıstan üçün daha aşağı qiymət və böyük enerji müstəqilliyi anlamına gələcək. Baş nazir bildirib ki, bu qış Bolqarıstanda qazın yüksək qiymətinin səbəbi Azərbaycan qazının İGB ilə nəqlinin mümkün olmaması olub.
2022-ci ilin mart ayının sonunda IGB-nin operatoru məlumat verib ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) Azərbaycandan Bolqarıstana təbii qazın nəql ediləcəyi Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub. İnterkonnektorun 2022-ci ilin iyulunda işə salınması planlaşdırılır və bu, Bolqarıstana birbaşa Azərbaycan qazını əldə etməyə imkan verəcək. IGB işə salındıqdan sonra bu qoşulma Bolqarıstanı əvvəlcə ildə 1 milyard kubmetr qazla təmin edəcək, sonrakı mərhələdə isə bu həcm ildə 3 milyard kubmetrə qədər artacaq. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət