Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ildə aktivlərini 3,6% -26 milyard 410,568 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
AMB-nin BMHS üzrə maliyyə hesabatına əsasən, 2021-ci il dekabrın 31-nə AMB-nin aktivlərinin strukturunda nağd vəsaitlərin həcmi 6 milyard 838,991 milyon manat (artım 21,8%) təşkil edib.
AMB-nin borc qiymətli kağızları 17 milyard 362,276 milyon manat təşkil edib (azalma 6,6%).
2022-ci il yanvarın 1-nə AMB tərəfindən rezident banklara verilən kreditlərin həcmi 356,281 mln. manata (azalma 10,8%) bərabər olub. Qalan məbləğ aktivlərin digər maddələrinin payına düşüb.
2021-ci ilin sonuna Mərkəzi Bankın öhdəlikləri 25 milyard 240,38 milyon manat (artım 5,8%) təşkil edir.
AMB-nin öhdəliklərinin strukturunda, 2021-ci ildə dövriyyədə olan banknot və sikkələrin nominal üzrə həcmi 4% - 12 milyard 310,018 milyon manatadək artıb.
Bununla yanaşı, bankın dövlət strukturları qarşısında öhdəlikləri 4 milyard 4,637 milyon manat (azalma 18,6%), kredit təşkilatları qarşısında öhdəlikləri 7 milyard 440,004 milyon manat (artım 17,8%), rezident bankların depozitləri 2 mlrd. 713,336 mln. manat təşkil edir (artım 2,3 dəfə). Qalan öhdəliklər digər maddələrin payına düşür.
Ötən il AMB-nin nizamnamə kapitalı dəyişməyib – 500 milyon manat. Bununla yanaşı, cari ilin əvvəlinə bankın kapitalı 1 milyard 170,188 milyon manata (azalma 27,9%) bərabərdir.
2021-ci ilin yekunları üzrə Mərkəzi Bankın xalis zərəri 2020-ci ilin yekunları üzrə 45,525 milyon manat məbləğində xalis mənfəətə qarşı 201,724 milyon manat təşkil edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət