Vətəndaşların maliyyə xidmətlərinə əlçatanlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, “AccessBank” QSC və “Azərpoçt”MMC-nin birgə layihəsi olan “agent bankçılıq” may ayından etibarən Qəbələ sakinlərinə də xidmət göstərir. Vətəndaşlar Qəbələ şəhəri, Həzi Aslanov 39 ünvanında yerləşən “Azərpoçt”MMC filialında “AccessBank” QSC-in təqdim etdiyi maliyyə xidmətlərindən istifadə edə bilərlər.
Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilən layihə modelinin tətbiqinə ilk olaraq Ağdaş rayonunda yerləşən “Azərpoçt” filialında başlanılıb. Artıq mart ayından etibarən şəhər sakinləri Bəkir Nəbiyev küçəsi-15/4 ünvanında yerləşən poçt filialında bank xidmətlərindən yararlanırlar.
Tələbata əsasən, adı çəkilən regionlarda “Azərpoçt”MMC filialında müştərilərə mikro və aqro kreditlər, həmçinin istehlak kreditləri və debit kartlarını təklif olunur.
“Agent bankçılıq” modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı aşağı olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün sözügedən modeldən geniş istifadə edilir.
“Azərpoçt”MMC və “AccessBank” QSC arasında əldə olunmuş razılığa əsasən, növbəti mərhələdə “agent bankçılıq” layihəsinə Masallı və Zərdab rayonları qoşulacaq.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət