2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana $293 milyon 917,56 min dəyərində (artım 20,2%) 23356 ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% azalıb (2022-ci ilin I rübünün yekunları üzrə ölkəyə avtomobil idxalı 10% artıb).
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $213 milyon 988,93 min dəyərində (artım 2,3%) 21574 ədəd avtomobil (azalma 1,7%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $2 milyon 920,15 min dəyərində 92 ədəd elektrokar və $36 milyon 441,82 min dəyərində 4156 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $31 milyon 124,7 min dəyərində (artım 23,7%) 1443 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 20,7%), o cümlədən $12 milyon 374,76 min dəyərində 101 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 2,4 dəfə) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $36 milyon 429,17 min dəyərində 238 ədəd motorlu nəqliyyat vasitəsi (artım 5,4 dəfə) gətirilib.
2021-ci ildə Azərbaycana $935 milyon 225,33 min dəyərində 91,194 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
B.Rüstəmbəyov
Azərbaycan və Fələstin XİN başçıları ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunur
Azərbaycanda COVID-19-dan 4 nəfər vəfat edib
Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib
2022-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin mənfi saldosu $69 milyonu ötüb
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Mişel və Paşinyan Ermənistan-Azərbaycan danışıqlarını müzakirə ediblər
İrəvan Bakıya Laçın yolunun başlanğıcında sərhəd qoşunlarını yerləşdirməyi təklif edib
Azərbaycan XİN Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbərinin ittihamlarına cavab verib
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Caspian Energy MEETUP Yaşıl Enerji keçidinin lobbisini həyata keçirir
AccessBank-dan qızıl kimi dəyərli kredit!
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək