Belarus nümayəndə heyətinin Azərbaycana səfərinin birinci gününün yekunları üzrə $55 milyon məbləğində müqavilələr imzalanıb. BELTA agentliyinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov deyib.
“Bu gün Azərbaycan və Belarus şirkətləri arasında işgüzar görüş keçirilib. Ümumilikdə təqribən $55 milyon məbləğində bir sıra müqavilələr imzalanıb. Bu, hələ ilk gündür. Yeni əlaqələr qurulur. Düşünürəm ki, növbəti günlərdə biz yeni müqavilələr haqqında eşidəcəyik”, - deyə sədr bildirib.
O qeyd edib ki, əsas müqavilələr ağac emalı sahəsini əhatə edir. Onların arasında “Mostovdrev” ASC və “СОСНА” QSC arasında faner ($17,9 milyon), MDF plitələri ($14,4 milyon), laminat döşəmə örtüyü ($7,4 milyon) və taxta-şalban ($2,1 milyon) tədarükü haqqında müqavilələr var. Həmçinin “FanDOK” ASC ilə “ULU GOUYCHA Ltd” ($5,3 milyon), “Belarusskie oboi” holdinqinin İdarəedici Şirkəti” ASC və SN-Poliqraf” MMC ($2,4 milyon) arasında da müqavilələr bağlanıb.
Bundan əlavə, “Lida süd-konserv kombinatı” ASC və “PFC AZ” MMC arasında quru süd məhsullarının tədarükü ($2 milyon), “Bellakt” ASC və “Jasmin Trading” LLC arasında uşaq qidaları və hamilə qadınlar və süd verən analar üçün məhsulların tədarükü ($1,2 milyon) haqqında kommersiya müqavilələri imzalanıb.
“Belarus şüşə şirkəti” və “İnci Kristal” MMC arasında “Neman Şüşə Zavodu” ASC-nin istehsalı olan şüşə və büllur məmulatların tədarükü haqqında $1 milyon məbləğində müqavilə bağlanıb. Həmçinin müxtəlif növ məhsulların Azərbaycan bazarına tədarükünə dair bir sıra digər müqavilələr də imzalanıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət