Azərbaycan həm öz enerji təhlükəsizliyini və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100% təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir”, - prezident çərşənbə günü Azərbaycan-Litva biznes forumunda çıxışında bildirib.
Dövlət başçısı məlumat verib ki, Azərbaycanın planlarına qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. O qeyd edib ki, bugünkü geosiyasi vəziyyəti nəzərə alaraq, Azərbaycanın enerji resurslarına ehtiyac “heç vaxt olmadığı qədər böyük olacaq”.
O diqqətə çatdırıb ki, 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlanılıb. Bu dialoq “bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir”.
“Bizim aramızda tam anlaşma var və biz böyük həvəslə çalışırıq, çünki bu halda hər bir tərəf udur”, - Əliyev bəyan edib. O qeyd edib ki, Azərbaycana etibarlı və uzunmüddətli bazarlar, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır, “bu isə Avropa bazarıdır”. Dövlət başçısı bildirib ki, Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır.Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.
Əliyev əlavə edib ki, 2030-cu ilədək Azərbaycanın enerji balansında bərpaolunan enerjinin payı öncə planlaşdırılan 20%-ə qarşı 40%-ə çata bilər. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət