Cari ilin sentyabr ayında “Umid Babek Operation Company” (UBOC) Azərbaycan sektorunda “Ümid-Babək” blokunda “Ümid-1 Stasionar Dəniz Özülündə (SDÖ) hasilatın sürətləndirilməsi” layihəsi çərçivəsində tikinti işlərini sona çatdıracaq.
“Layihənin reallaşdırılmasına 2019-cu ildə başlanılıb. Layihənin mədsədi “Ümid-1” özülündən nəql sisteminin məhdudiyyətlərini aradan qaldırmaq və yeni quyuları qazmaqla hasilatı artırmaqdır. Yataqdan cari nəql xətlərində məhdudiyyətləri nəzərə alaraq, gündəlik 3 milyon kubmet qaz və 470 ton (3,6 min barel) kondensat hasil olunur və “Daşgil” terminalına nəql edilir. Layihə reallaşdırıldıqdan sonra gündəlik təhlükəsiz qaz hasilatının 8,1 milyon kubmetrə, kondensat hasilatının isə 1,2 min tona (9 min barel) qədər artırılması nəzərdə tutulub”, - “İnterfaks-Azərbaycan” agentliyi SOCAR-ın “Teleqramm” kanalındakı səhifəsində yerləşdirilən video-təqdimata istinadən məlumat verir.
Şirkətin məlumatına əsasən, “Ümid-1 Stasionar Dəniz Özülündə (SDÖ) hasilatın sürətləndirilməsi” layihəsi 4 mərhələdən ibarətdir: hasilat platformasının yenidənqurulması və iki quyunun qazılması; uzunluğu 54 km olan 20 düyməlik (500 mm-lik) sualtı nəql xəttinin və onun quruda olan təqribən 3.7 km hissəsinin çəkilməsi; “Daşgil-2” terminalından 20 düyməlik 32,4 km uzunluqda qaz nəql xəttinin tikintisi; Səngəçal Baş Qurğularında (SBQ) SOCAR-ın qaz nəql sisteminə birləşməsi.
«Layihə qrafikə uyğun olaraq reallaşdırılır. Bütün tikinti işlərinin cari ilin sentyabr ayında tamamlanması planlaşdırılır”, - məlumatda deyilir.
“Ümid” yatağı 2012-ci ilin sentyabr ayında istismara verilib.
Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi 2017-ci il yanvarın 12-də SOCAR ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında imzalanıb və may ayında qüvvəyə minib. Sazişə, həmçinin “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti ilə “Umid, Babek Exploration&Production” şirkəti arasında bağlanmış ““Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” Müqavilə də əlavə olunur.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat, “Babək” strukturunun ehtiyatları isə 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir.
“Ümid-Babək” blokunun işlənməsinin növbəti mərhələsində daha bir hasilat platformasının (“Ümid-2”) quraşdırılması planlaşdırılır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət