Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişlənməsi və onun gücünün iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılacağı halda TAP İtaliyanın qaza olan tələbatını 20-25% ödəyə biləcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Agenzia Nova” agentliyinə müsahibəsində bəyan edib.
O qeyd edib ki, hazırda TAP İtaliyanın qaz tələbatının təxminən 10%-ni təmin edir. Nazirin sözlərinə görə, cari ilin may ayınadək TAP vasitəsilə Avropaya 12 milyard kubmetrdən çox qaz nəql olunub, bunun 10 milyard kubmetrdən çoxu İtaliyanın payına düşüb. Bayramov qeyd edib ki, 2022-ci ildə Azərbaycandan İtaliyaya 9,5 milyard kubmetr qaz nəqli planlaşdırılır.
Nazir Azərbaycan-İtaliya əlaqələrini yüksək qiymətləndirərək, Bakı ilə Roma arasında strateji tərəfdaşlığın gələcəkdə möhkəmlənməsinə əminlik ifadə edib.
Bayramov əlavə edib ki, Avropa İttifaqı (Aİ) və onun bəzi üzv ölkələri Ukraynada baş verən hadisələrdən öncə də Azərbaycandan enerji resurslarının nəqlinin artırılmasına maraq nümayiş etdiriblər. Belə ki, onun sözlərinə görə, bəzi ölkələrdən Cənub Qaz Dəhlizinin (CQD) Qərbi Balkanlara kimi genişləndirilməsi ilə bağlı sorğular alınıb.
Nazir həmçinin Aİ-yə elektrik enerjisi tədarükü, xüsusilə bərpaolunan enerji sahəsində Azərbaycanın imkanları barədə bəyan edib və qeyd edib ki, Bakı dünya enerji bazarında kommersiya maraqlarından çıxış edir və digər ölkələrin bazar payını əvəz etmək və ya onlarla rəqabət etmək məqsədi qarşısına qoymur.
Hazırda Azərbaycan qazı Cənub Qaz Dəhlizi (CQD) ilə Türkiyə, Gürcüstan və Avropaya ixrac edilir.
Azərbaycan qazının CQD-nin komponenti olan TAP kəməri ilə Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.
Azərbaycan Energetika Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycandan CQD vasitəsilə Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya – 9,1 milyard kubmetr təşkil edəcək.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr qaz, həmçinin Avropaya 8 milyard kubmetrdən çox qaz ixrac edib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət