Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri nəzərdə tutulandan daha çoxdur, bununla əlaqədar hökumət dövlət büdcəsinin parametrlərinə dəyişikliklər layihəsi üzərində işləyir.
“Biz dövlət büdcəsinə əlavələr etməliyik, çünki iqtisadi göstəricilər daha yaxşıdır. Gəlirlərimiz nəzərdə tutulandan daha çoxdur”, - Əliyev Zəngilan rayonunun Ağalı kənd sakinləri ilə görüş zamanı bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsinin əlavə gəlirləri azad edilmiş torpaqlarda daha böyük həcmdə işlərin maliyyələşdiriməsi üçün sərf olunacaq. “İndi hökumətə tapşırılıb, yəqin yaxın gələcəkdə Milli Məclis bu məsələyə baxacaq ki, biz daha çox vəsait ayıraq. Mən demişəm, iqtisadiyyatımız nə qədər güclü inkişaf edərsə, biz azad edilmiş bütün əraziləri o qədər tez bərpa edəcəyik”, - prezident deyib.
Əliyev əlavə edib ki, Azərbaycan hökuməti 2022-ci il investisiya proqramına da əlavələr edəcək.
2022-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 26 milyard 816 milyon manat, xərcləri üzrə proqnoz 29 milyard 879 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 63 milyon manat və ya ÜDM-in 3,5%-i səviyyəsində proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 10 milyard 687,6 milyon manat (2021-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 29,8%), xərcləri 8 milyard 168,7 milyon manat (artım 8,5%) təşkil edib. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 2 milyard 518,9 milyon manat və ya ÜDM-in 6,4%-ni təşkil edib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət