İqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Övci iyunun 3-də Bakıda Anlaşma Memorandumu imzalayıblar. Bu barədə İRNA agentliyi məlumat yayıb.
Memoranduma əsasən, Azərbaycana İran ərazisindən nəql olunan Türkmənistan qazının həcmi iki dəfə artırılacaq.
“Tərəflər İranın boru kəmərləri vasitəsilə Türkmənistandan Azərbaycana nəql olunan qazın həcminin artırılması ilə bağlı razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
2021-ci il noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış üçtərəfli sazişə əsasən, 2022-ci ilin yanvar ayında Türkmənistan qazının İran ərazisindən Azərbaycana nəqlinə başlanılıb. Əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycana ildə 1,5 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılmışdı. Beləliklə, bu həcm ən azı 3 milyard kubmetrə qədər artırıla bilər.
Öz növbəsində, İqtisadiyyat Nazirliyindən bildirilib ki, Anlaşma Memorandumu qaz sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Qeyd olunub ki, iyunun 3-də baş tutmuş görüşdə tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıb, bir sıra sahələrdə, o cümlədən neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.*
R.Kərmov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət