Azərbaycan RF-yə ASK məhsullarının, xüsusilə pomidor, kartof, meyvə ixracını artırmaqda maraqlıdır. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan hökumətindəki mənbə məlumat verib.
“Azərbaycan RF-yə ASK məhsullarının ixracının artırılmasında maraqlıdır, Rusiya tərəfini bu barədə məlumatlandırmışıq”, - həmsöhbətimiz bildirib.
Azərbaycan xüsusilə Rusiya bazarına illik pomidor ixracını 220 min tənadək, kartof ixracını – 100 min tonadək, xurma ixcracını – 180 min tonadək, alma ixracını – 100 min tonadək, çəyirdəkli meyvələrin ixracını – 85 min tonadək artırmağa hazırdır.
“Bundan əlavə, tərəflər arasında aqrar ticarət sahəsində əməkdaşlığın genişlənməsi məqsədilə Azərbaycan və Rusiya şirkətləri arasında biznes forumların təşkili imkanının müzakirəsi, biznes nümayəndələri arasında yeni işgüzar əlaqələrin təşkilinə kömək və mövcud ixrac potensiaına dair müntəzəm məlumat mübadiləsinə dair razılıq var”, - agentliyin həmsöhbəti bildirib.
Xəbər verildiyi kimi, Rusiya tərəfinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycan bitki mənşəli məhsulların Rusiyaya ixracını 3% - 539,7 min tonadək artırıb.
2021-ci ildə Azərbaycan $160 milyon 228,84 min dəyərində (azalma 20,4%) 145,216 min ton pomidor (2020-ci ilin göstəricisindən azalma 22,6%) ixrac edib. Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub (tədarükün 96,5%-i): RF-yə $157 milyon 558,92 min (аzalma 20,2%) dəyərində 140,110 min ton ixrac olunub (azalma 22,1%).
2022-ci ilin yanvar-mart aylarında Rusiyaya $37 milyon 375,26 min dəyərində 30,989 min ton pomidor (bütün ixracın 97,6%-i) ixrac olunub. 2021-ci ilin müvafiq dpvrü ilə müqayisədə Rusiyaya pomidor ixracı say ifadəsində 76,6%, dəyər ifadəsində - 84% artıb.
2021-ci ildə Azərbaycan $40 milyon 777,41 min (аrtım 18,6%) dəyərində 92,343 min ton kartof ixrac edib. İxracın əsas hissəsi Rusiyanın payına düşüb. Xüsusilə, ötən il ərzində Rusiyaya $38 milyon 476,56 min (аrtım 24,9%) dəyərində 85,412 min ton kartof ixrac olunub. Ümumilikdə, hesabat dövründə Azərbaycandan katrof ixracının 92,5%-i RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycandan Rusiyaya alma ixracı 60 min tonu ötüb.
Ötən il Azərbaycan $125 milyon 895,03 min dəyərində 174,158 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixracı Rusiyanın payına düşüb: 2021-ci ildə RF-yə $117 milyon 123,66 min dəyərində 142,89 min ton təzə xurma ixrac edilib.
2022-ci ilin birinci rübündə Azərbaycan $29 milyon 533,91 min dəyərində (azalma 7,3%) 38,884 min ton təzə xurma (azalma 8,2%) ixrac edib. Xurma ixracının əsas bazarı Rusiya qalır: 2022-ci ilin yanvar-mart ayları ərzində RF-yə $28 milyon 457,38 min (azalma 7,2%) dəyərində 34,606 min ton təzə xurma ixrac edilib (azalma 8,1%). Ümumilikdə, 2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan təzə xurma ixracının 89%-i RF-nin payına düşüb. **
A.Əzizov
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Azərbaycan Silahlı Qüvvələri Qarabağda Sarıbaba dağının şimal-şərqində yüksəkliyi nəzarətə götürüb
Əliyev Mişelə: Ermənistan öz təxribatları ilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirir
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı azalıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Mişel və Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək