ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid cari il iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq məqsədilə iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək”, - “İnterfaks-Azərbaycan” məlumatdan sitat gətirir.
Məlumatda bildirilir ki, Donfrid ABŞ-ın region ölkələrinin suverenlik və müstəqilliyə dəstəyini vurğulayacaq və “Azərbaycan, Gürcüstan və Ermənistanın öz yolunu müəyyən etmək hüququnu” qeyd edəcək.
ABŞ Dövlət Departamentində həmçinin əlavə ediblər ki, Donfrid Vaşinqtonun, o cümlədən bütün region boyu siyasi, iqtisadi və şəxslərarası əlaqələrin inkişafına dəstək vasitəsilə Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək etmyə hazırlığını vurğulayacaq.
Qeyd olunur ki, 15-16 iyun tarixlərində Donfrid Bakıya səfər edərək Azərbaycan prezidenti İlham Əliyev, digər hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Səfər zamanı dövlət katibinin köməkçisi “Azərbaycanla Ermənistan arasında davamlı sülhə yönələn diplomatik səylərin ABŞ tərfindən dəstəkləndiyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək və diqqəti Avropanın enerji təhlükəsizliyini təminatında, transmilli təhdidlərlə mübarizədə, ”əsas azadlıqların dəstəklənməsi və ikitərəfli ticarət və investisiyaların inkişafında tərəfdaşlığa yönəldəcək”.
İyunun 17-də Donfrid Tbilisiyə səfər edəcək, Gürcüstan prezidenti Salome Zurabişvilinin təşkil etdiyi konfransda çıxış edəcək, baş nazir İrakli Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
ABŞ Dövlət Departamentindən məlumat verilib ki, növbəti gün Donfrid İrəvana səfər edərək Eremənistanın baş naziri Nikol Paşinyan, digər hökumət rəsmiləri ilə görüşəcək. **
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət