Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov bildirib ki, Moskva Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə hər vasitə ilə kömək etməyə hazırdır.
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində ilk rolu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat oynayıb. Məlum olduğu kimi, bu bəyanat 2021-ci ildə daha iki yüksək səviyyəli üçtərəfli bəyanatla tamamlanıb. Bütün bu bəyanatlar münasibətlərin normallaşdırılması prosesinin onurğa sütunudur. Eyni zamanda, normallaşma prosesinin artıq finiş xəttinə çatdığını deməzdim, o, daha çox ilkin mərhələdədir”, - deyə Boçarnikov “Bakinskiy raboçiy” qəzetinə müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, səfir deyib ki, Moskva Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə hər vasitə ilə yardım etməyə hazırdır.
“Hazırda sülh müqaviləsi adlandırılan məsələyə gəlincə, ilk addım atılıb - hər iki tərəfin irəliyə doğru hərəkət etməyə hazır olması müəyyən edilib. Bakı Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün baza prinsiplərini masa üzərinə qoyub. Öz növbəsində, Ermənistan tərəfi də öz təkliflərini irəli sürüb. Rusiya tərəfi isə bu danışıqlar prosesinə hər cür yardım göstərməyə hazırlaşır”, - deyə diplomat vurğulayıb.
Boçarnikov Avropa İttifaqının münasibətlərin normallaşdırılması məsələsində iştirakı ilə bağlı suala cavabında bildirib ki, Aİ Rusiyanın bu istiqamətdə səylərinə səssiz qalır.
“Bir daha təkrar edirəm ki, işin (Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə – İF) əsasını yuxarıda qeyd olunan üçtərəfli bəyanat (10 noyabr 2020-ci il - İF) qoyub. Aİ təşəbbüsü Rusiyanın əlindən almaq və bütün bu istiqamətlərdə irəliləyişi öz adına çıxmaq istəyir. Onu da qeyd etmək istərdim ki, Aİ-nin son bəyanatlarında yuxarıda qeyd olunan bəyanatların mövcudluğu, o cümlədən Rusiyanın bu prosesdəki rolunun üzərindən tamamilə sükutla keçilir.
Bununla yanaşı, Boçarnikov bildirib ki, Avropa İttifaqı “regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə layihələrin maliyyələşdirilməsini öz üzərinə götürsə, prosesə fayda verə bilər”.*
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət