Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynov bazar günü Twitter hesabında məlumat verib ki, iyun ayında Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə sınaq qaz nəqli sona çatandan sonra iyulun 1-dən Bolqarıstan Azərbaycandan tam həcmdə qaz ala biləcək.
Diplomat qeyd edib ki, Azərbaycan qazının IGB ilə Bolqarıstana sınaq nəqlinə artıq başlanıb. Onun sözlərinə görə, sınaq nəqlin iyun ayının sonunadək həyata keçiriləcəyi planlaşdırılır.
“... İyulun 1-dən razılaşdırılmış qaz həcminin nəqli başalnacaq”, - “İnterfaks-Azərbaycan” agentliyi Hüseynovun tvitinə istinadən məlumat verir.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi nəzərdə tutulduğundan 4 dəfə az olub – illik 1 milyard kubmetrə qarşı 250-300 milyon kubmetr.
2022-ci ilin mart ayının sonunda IGB-nin operatoru məlumat verib ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) artıq Azərbaycandan Bolqarıstana təbii qazın nəql ediləcəyi Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub.
IGB işə salındıqdan sonra bu qoşulma Bolqarıstanı əvvəlcə ildə 1 milyard kubmetr qazla təmin edəcək, sonrakı mərhələdə isə bu həcm ildə 3 milyard kubmetrə qədər artacaq. **
R.Kərimov
Brüssel Bakı və İrəvanı sülh prosesini təhlükə altına qoya biləcək addımlardan çəkinməyə çağırır
Əliyev: “Bakı və Təl-Əviv üçüncü ölkələrdə birgə layihələr üzrə əməkdaşlığı inkişaf etdirə bilər”
Hersoq Əliyevlə danışıqlarda İranın yaratdığı riskləri müzakirə edib
Bu həftə Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü keçirilə bilər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank tələbələr üçün mentorluq layihəsinə start verib
Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
NEQSOL Holding qlobal təlim təchizatçısı O`Reilly ilə tərəfdaşlığa başlayır
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək