Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunları üzrə tərəflər arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün bütün lazımi şərtlər formalaşdırılıb.
“Azərbaycan Prezidentinin tarixi dövlət səfərinin yekunları həqiqətən sıçrayış xarakteri daşıyır. Bu gün biz iki qardaş xalq arasında dostluğun daha da möhkəmlənməsi və ölkələrimizin strateji tərəfdaşlığının dərinləşməsi üçün bütün şərtləri formalaşdırdıq”, - deyə Mirziyoyev bu gün danışıqların yekunları üzrə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, məhdud və geniş tərkibdə keçirilən görüşlərdə ikitətərfli gündəliyə daxil olan məsələlər ətraflı müzakirə olunub.
“Bir daha demək istəyirəm, budəfəki danışıqlar göstərdi ki, biz xalqlarımızın mənafeyi naminə qarşılıqlı fəaliyyəti bundan sonra da hərtərəfli möhkəmləndirməyə hazırıq. Siz indicə sanballı sənədlər paketinin imzalanmasının şahidi oldunuz. Onların arasında Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə ikitərəfli münasibətlərdə yeni mərhələ açır. Biz, həmçinin qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etdik”, - deyə Özbəkistan Prezidenti qeyd edib.
Onun sözlərinə görə, ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Birgə müəssisələrin sayı 4 dəfə artıb. Tərəflər əmindir ki, qarşılıqlı fəaliyyəti əsaslı şəkildə fəallaşdırmaq üçün geniş imkanlar, hər şeydən əvvəl iqtisadiyyatların qarşılıqlı tamamlanması amili var.
“Hacıqabulda avtomobillərin birgə istehsalının təşkili, ipəkçilik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi buna nümunədir. Hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində onlarca yeni layihə üzərində işləyirik”, - deyə Ş.Mirziyoyev əlavə edib.
O vurğulayıb ki, digər strateji istiqamət nəqliyyat kommunikasiyalarının inkişafıdır. “Bu gün, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaların həcmi artır. Tərəflər yeni dəhlizləri inkişaf etdirmək, multimodal daşımaları artırmaq, ölkələrimizin nəqliyyat müəssisələri üçün əlverişli şərait yaratmaq barədə razılığa gəlib”, - deyə Özbəkistan lideri bildirib.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət