Azərbaycan hökuməti 2027-ci ilədək Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin yaradılmasını planlaşdırır.
“Cəbrayıl Enerji Qovşağı” adlanan layihənin reallaşdırılması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı ilə nəzərdə tutulur”, - “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib.
Plana əsasən, layihə 3 mərhələdə reallaşdırılacaq.
Birinci mərhələdə 330 kV Cəbrayıl YS-nin tikintisi, 330 kV Ağcabədi və İmişli YS-lərin yenidən qurulması, 330 kV-luq Ağcabədi-Cəbrayıl EVX-nin çəkilməsi (132 km) 330 kV-luq İmişli-Cəbrayıl EVX-nin çəkilməsi (130 km), 330 kV Cəbrayıl YS-nin 110 kV şəbəkəyə inteqrasiyası və 24 km EVX-nin tikintisi planlaşdırılır.
İkinci mərhələdə 330 kV Cəbrayıl YS-nin tikintisi, 330 kV Şahtaxtı (Naxçıvan MR) YS-nin tikintisi, 330 kV Ağcabədi və İmişli YS-lərin yenidən qurulması, 330 kV-luq Ağcabədi-Cəbrayıl EVX-nin çəkilməsi (132 km), 330 kV-luq İmişli-Cəbrayıl EVX-nin çəkilməsi (130 km), 330 kV-luq Cəbrayıl- Şahtaxtı EVX-nin çəkilməsi (255 km), 330 kV Cəbrayıl YS-nin 110 kV şəbəkəyə inteqrasiyası (24 km EVX-nin tikintisi), Xudafərin və Qız Qalası SES-lərin 330 kV Cəbrayıl YS-yə qoşulması (40 km 110 kV EVX-nin tikintisi) planlaşdırılır.
Son mərhələdə - Naxçıvan MR ərazisində 330/400 kV çevirici YS-nin tikintisi, 400 kV-luq Şahtaxtı-Ağrı-2 EVX-nin çəkilməsi (230 km), 330 kV Cəbrayıl YSnin tikintisi, 330 kV Şahtaxtı (Naxçıvan MR) YS-nin tikintisi 330 kV Ağcabədi və İmişli YS-lərin yenidən qurulması nəzərdə tutulur.
Həmçinin, bu mərhələ çərçivəsində 330 kV-luq Ağcabədi-Cəbrayıl EVX-nin çəkilməsi (132 km) 330 kV-luq İmişli-Cəbrayıl EVX-nin çəkilməsi (130 km) 330 kV-luq Cəbrayıl-Şahtaxtı EVX-nin çəkilməsi (255 km) planlaşdırılır.
Eyni zamanda, 330 kV Cəbrayıl YS-nin 110 kV şəbəkəyə inteqrasiyası (24 km EVX-nin tikintisi), Xudafərin və Qız Qalası SES-lərin 330 kV Cəbrayıl YS-yə qoşulması (40 km 110 kV EVX-nin tikintisi) üzrə işlər davam etdiriləcək.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev mayın 26-da “Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak edib.
“Cəbrayıl” enerji qovşağının tikintisi nəticəsində Qarabağ və Şərqi Zəngəzurun yeni yaradılmış ötürücü enerji şəbəkəsinin etibarlılığı və davamlılığı artacaq, həmçinin Türkiyə və Avropaya elektrik enerjisi ixracı təşkil ediləcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət