Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim zamanı şərti düşmənin hava və dəniz hədəfləri məhv edilib, sualtı diversiyanın qarşısı alınıb. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyi məlumat verib.
“Təlimdə tək və taktiki qrup şəklində döyüş tapşırıqları yerinə yetirilib, şərti düşmənin hava və dəniz hədəfləri məhv edilib, sualtı diversiyaya qarşı qumbaraatma fəaliyyəti, eləcə də döyüş atışları icra olunub”, - nazirliyin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, taktiki təlim zamanı Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə HDQ-nin bölmələri tərəfindən neft-qaz boru kəmərləri rayonlarında patrulaparma fəaliyyətləri, həmçinin qəzaya uğrayan gəminin təxliyyəsi üzrə epizodlar da məşq etdirilib.
Sonda ümumi fəaliyyətlər təhlil edilib, qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd olunub.
Nazilrikdən bidirilir ki, müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların icrası zamanı xüsusi təyinatlı qruplar ilə birgə fəaliyyətin işlənilməsi, döyüş fəaliyyətlərinin təşkili, qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki təlimə HDQ-nin 30-dan çox gəmi və kateri, həmçinin 1500 nəfərədək şəxsi heyət cəlb olunub. **
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət