SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb. Mərasimdə BANM-in rektoru Elmar Qasımov, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və hər iki qurumdan nümayəndələr iştirak ediblər. Yeni memorandum çərçivəsində BANM və Kapital Bank arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq fəaliyyətləri nəzərdə tutulub.
Belə ki, tələbələr üçün təqaüd proqramlarının təsis edilməsi, müxtəlif konfransların təşkili, “Karyera günləri”nin keçirilməsi, məzunların işlə təmin olunması kimi səmərəli fəaliyyətlərin həyata keçirilməsi gözlənilir. Memorandumdan faydalanan tərəf yalnız tələbələr olmayacaq. Eyni zamanda, Kapital Bank-ın əməkdaşları da müxtəlif təlimlərdə və təhsil proqramlarında iştirak etmək imkanı əldə edəcəklər.
Bu memorandum ilə Kapital Bank-la faydalı əməkdaşlığın təməlinin qoyulduğunu vurğulayan rektor Elmar Qasımov bildirib ki, ölkənin birinci bankı ilə əməkdaşlıq tələbələr üçün böyük imkanlar və fürsətlər yaradır: “İmzaladığımız əməkdaşlıq memorandumu Ali Məktəbimizin Biznesin idarə edilməsi, Kompüter mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisaslarının tələbələri üçün böyük iş imkanları deməkdir. Tələbəmiz Hüseyn Qəmbərov artıq Kapital Bank-da işləyir və 4 tələbəmiz təcrübə keçir. Gələn il bu sayların artacağına inanırıq. Ümid edirik ki, Kapital Bank-la olan əməkdaşlığımız hər iki tərəf və cəmiyyətimiz üçün faydalı olacaq”.
Təhsil ocaqları ilə əməkdaşlığa hər zaman önəm verdiklərini vurğulayan Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bunun sayəsində çox sayda mütəxəssislər yetişdirdiklərini qeyd edib: “Kapital Bank-la tərəfdaşlığa maraq göstərdiyiniz üçün təşəkkür edirəm. Bu cür layihələr sayəsində bankımızda çox sayda tələbə işləyir və təcrübə keçir. Bakı Ali Neft Məktəbi yüksək keyfiyyətli təhsil verən ali məktəbdir. Keyfiyyətli təhsil isə keyfiyyətli mütəxəssislər deməkdir. Maliyyə bazarında ən çox mütəxəssis yetişdirən bank olaraq BANM-lə əməkdaşlığın bu sahəyə böyük töhfələr verəcəyinə inanırıq”.
Yeri gəlmişkən, Kapital Bank mütəmadi olaraq təhsil layihələrinə diqqət ayırır. Bankın Beynəlxalq Təhsil Sərgisində, Respublika Fənn Olimpiadasında, Azərbaycan üçün öyrət, “Təhsil Avtobusu”, “Bir ideyam var”, Sabah qrupları kimi müxtəlif layihələrdə iştirakı, habelə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti və digər təhsil müəssisələri ilə birgə fəaliyyəti buna əyani sübutdur. Yaxın gələcəkdə də təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.
Sonda Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevə “Fəxri qonaq” diplomu təqdim edilib.
Ölkənin birinci bankı olan Kapital Bank “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət