Xəzər regionunda uzun-müddətli inkişaf strategiyasının davamı olaraq
‘Boston Consulting Group’ (BCG) şirkəti Bakıda yeni ofis açdığını elan edir.
Bu addım Azərbaycandakı müştəri və tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə imkan verməklə yanaşı strateji konsaltinq sahəsində peşəkar karyera qurmaqda maraqlı olan istedadlı gənclər üçün yeni fürsətlərə yol açır.
Boston Consulting Group’ (BGC) beynəlxalq şirkəti Xəzər regionunda fəaliyyətinin genişləndirilməsi çərçivəsində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yeni ofis açdığını elan edir.
BCG Azərbaycan iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən şirkətlərlə işləyir. Energetika, inşaat, sənaye istehsalı, telekommunikasiya, habelə bank sektoru müəssisələri üçün icra olunmuş layihələr arasında hər bir müştərinin özəlliklərinə uyğunlaşdırılmış biznesin transformasiyasına dair kompleks strategiyaların, o cümlədən rəqəmsal və ESG strategiyalarının formalaşdırılmasına, əməliyyat səmərəliliyinin təkmilləşdirilməsinə və bir sıra digər məsələlərə yönəlmiş layihələr olmuşdur.
BCG-nin Bakı ofisinin rəhbəri, BCG-nin İdarəedici Direktoru və Böyük Ortağı, EMC[1] regionunda energetika istiqaməti üzrə rəhbər Kirill Tuişev qeyd edir ki, “Bakıda yeni ofis açmaqla müştərilərimizə, BCG-nin Azərbaycanda uzun-müddətli inkişaf strategiyasına sadiqliyimizi bir daha təsdiqləmiş oluruq.
Mürəkkəb və sürətlə dəyişən bazar şəraitində Azərbaycanın təbii sərvətlərlə zənginliyi və iqtisadi artımın hədəfləməsi uzun-müddətli rəqabət üstünlüyünün təmin edilməsi ilə yanaşı qlobal enerji təhlükəsizliyi üçün etibarlı sabitləşdirici amil qismində çıxış edirlər. Üstəlik, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycanın yanacaq-enerji kompleksi bir sıra unikal üstünlüklərlə səciyyələnir.
Coğrafi yerləşməsi, resurslarının keyfiyyəti və hasilatının karbon effektivliyi sayəsində Azərbaycan, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrlə bir cərgədə dünya energetikasında liderlik mövqeyini tutur. Bu fürsət pəncərəsindən maksimal dərəcədə faydalanmaq olduqca vacibdir.
Əlavə olaraq, sürətli texnoloji inkişaf, qloballaşma və qlobal ESG-iqtisadiyyatında iştirak etmək məcburiyyəti kimi qlobal çağırışların yaşandığı bir dönəmdə BCG, bu mövzular üzrə aparıcı məsləhətçi olaraq, Azərbaycanın xüsusiyyətlərinə uyğunlaşdırılmış ən müasir həlləri və qabaqcıl təcrübələri təqdim edə bilər.
Biz həmçinin güclü, dinamik yerli kadr bazasının yaradılmasına töhfəmizi verəcəyik. Hal-hazırda Bakıdakı komandamıza – konsaltinq, inzibatçılıq bölmələrinə - qatılacaq ixtisaslı kadrların fəal axtarışındayıq. Sonra isə, hər bir əməkdaşımızın karyera irəliləyişi boyu zəruri təlim və mentorluqla təmin olunmasına sərmayələrimizi əsirgəməyəcəyik”.
‘Boston Consulting Group’ (BCG) şirkəti haqqında
Müştərilərimizlə işləyərkən onlar üçün təkcə ən vacib məsələlərlə bağlı həlləri deyil, yeni imkanları da axtarıb tapırıq. 1963-cü ildə təsis edildiyi dönəmdə BCG şirkəti biznes strategiyası sahəsində öncüllərdən biri idi. Bu gün dünyanın 50-dən çox ölkəsində BCG-nin 90-dan çox ofisi fəaliyyət göstərir. Təşkilatların böyüməyə istiqamətlənməsi, rəqabət üstünlüyünün formalaşdırılması və maliyyə nəticələrinin yaxşılaşdırılmasına zəmin yaradan mürəkkəb dəyişikliklərin həyata keçirilməsində kömək edirik.
Müasir, uğurlu təşkilat həm maşının, həm də insanın bacarıq və qabiliyyətlərini özündə ehtiva etməyə bacarmalıdır. Beynəlxalq komandalarımız sahəvi və funksional istiqamətlər üzrə dərin ekspert biliklərinə malikdirlər. BCG-nin həlləri menecment konsaltinqi sahəsində qabaqcıl təcrübələrə, habelə mütərəqqi texnologiyalar və təşkilatın inkişaf prinsipləri, rəqəmsallaşdırma prosesləri və müştərinin biznes məqsədləri ilə bağlı dərin bilgilərə söykənirlər.
Biznes modelimizin unikallığı ondadır ki, o, həm BCG daxilində, həm də müştəri təşkilatının bütün səviyyələrində məhsuldar əməkdaşlıq prinsipləri əsasında qurulub və maksimal nəticələri təmin etməyə imkan verir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət