“Nar” fiziki məhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə artıq 3-cü dəfədir, təşkil olunan “Təlim Məktəbi” sosial layihəsinə yenidən start verdi. Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün onları peşə təlimləri ilə təmin etməkdir. Missiya çərçivəsində bu gənclər üçün əmək bazarında daha çox tələbat olan xüsusi peşə təlimlərinin təşkil edilməsi nəzərdə tutulub.
Ümumilikdə 6 ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 15-30 yaş arasındakı 20 gənc iştirak edəcək. İlkin mərhələdə həftəiçi hər gün olmaqla 3 ay boyunca xanımlara peşəkar mütəxəssislər tərəfindən manikür ustalığı təlimləri keçiriləcək. Təlimlərin sonunda isə iştirakçılara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq.Təlim məktəbi” layihəsinin tərəfdaşı “Karlarа Dəstək” İctimai Birliyidir.
Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan bankları bu gün valyuta hərracında $94,6 milyon cəlb edib
Azərbaycan və Türkmənistan sığorta sahəsində əməkdaşlığın qurulması ilə bağlı razılığa gəlib
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət