İran gələcəkdə də Türkmənistan qazının öz ərazisindən tranzitlə Azərbaycana svop tədarükünü həyata keçirməyə hazırdır. Bu barədə İran prezidenti Seyid İbrahim Rəisi Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov ilə görüş zamaı bəyan edib.
İranın İRNA agentliyi məlumat verir ki, iki lider arasında danışıqlar Rəisinin səfər etdiyi, iyunun 29-da Xəzəryanı Dövlətlərin Dövlət BaşçılarınınVI Zirvə Toplantısının keçirildiyi Türkmənistan paytaxtında baş tutub.
Görüşdə Rəisi qeyd edib ki, Azərbaycanın bu yaxınlardakı sorğusuna əsasən, Tehran Türkmənistan qazının öz ərazisindən keçməklə Azərbaycana tədarükü ilə bağlı ötürülmə qabiliyyətini artırmağa hazırdır.
İyunda Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə məlumat verib ki, 2022-ci ilin əvvəlindən Azərbaycan İran ərazisindən 1,5 milyard kubmetr Türkmənistan qazı idxal edib.
Öncə İranın neft naziri Cavad Ovci KİV-ə məlumat verirb ki, Azərbaycan, Türkmənistan və İran 2021-ci ilin noyabr ayında əldə olunan saziş çərçivəsində təbii qaz mübadiləsi həcmini iki dəfə artırmağa dair razılığa gəliblər. O əlavə edib ki, üç ölkə praktiki olaraq bu məsələni razılaşdırıb.
Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş 2021-ci il noyabrın 28-də Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı çərçivəsində imzalanıb.
Türkmənistan, İran və Azərbaycan arasında imzalanmış qaz mübadiləsinə dair üçtərəfli sazişin həyata keçirilməsinə 2022-ci il yanvarın 1-dən başlanılıb. Sənədə əsasən, Türkmənistan İranın şimal-qərb rayonlarına gündəlik 5-6 milyon kubmetr qaz tədarük edir, İran isə özünün şimal-qərb sərhədində Azərbaycana eyni həcmdə qaz tədarük edir. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət