2022-ci ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi və rüsüm daxilolmaları 49,3% - 6 milyard 482 milyon 48,5 min manata qədər artıb.
“İnterfaks-Azərbaycan” agentliyi DVX-nin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə proqnoza 146,7% əməl edilib.
Ödənilən vergilərin 67,8%-i qeyri-neft-qaz sektorunun, 32,2%-i isə neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 398 milyon 64,3 min manat (artım 38,1%) olub, proqnoza 128,6% əməl edilib.
Neft-qaz sektorundan daxilolmalar 2 milyard 83 milyon 984,2 min manat təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 225 milyon 624,2 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 21,9% artaraq 77,035 milyon manat təşkil edib.
2022-ci il iyul ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4% artaraq 688,011 min olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı isə 37,029 min vahid təşkil edib.
2022-ci ildə DVX xətti ilə dövlət büdcəsinə daxilolmaar 11 milyard 740 milyon manat səviyyəsində nəzərdə tutulur. **
B.Rüstəmbəyov
Əliyev: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir
Azərbaycan Tehrandakı səfirliyin əməkdaşlarının bazar günü təxliyəsini planlaşdırır
FHN: İranda baş vermis zəlzələ Naxçıvanda hiss olunub, dağıntı və tələfat yoxdur
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Paşinyan Ermənistan ordusunu qadınlar hesabına gücləndirməyi planlaşdırır
İran XİN və DİN başçıları Azərbaycanın Tehrandakı səfirliyinə hücumu müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank-ın mikro krediti ilə biznes məqsədlərinizə çatın
Birbank lotereyasının qalibləri müəyyən olundu
Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir