Aİ gələcəkdə Azərbaycanla əməkdaşlığın genişlənməsində, həmçinin strateji tərəfdaşlığa dair yeni sazişin və “Ümumi aviasiya məkanı haqqında” sazişin imzalanmasında maraqlıdır.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, bu barədə iyulun 19-da Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasının yekunlarına dair bəyanatında deyilir. Bəyanat Aİ-nin saytında dərc olunub.
“Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı və Avropanı təbii qaz və neftlə təmin edən və bununla da Aİ-nin enerji resurslarının şaxələndirilməsi səylərinə töhfə verən strateji enerji tərəfdaşıdır. Buna görə dünən Aİ ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu əsasında müzakirələrimizdə enerji mühüm mövzu olub”, - bəyanatda qeyd edilir.
Sənəddə vurğulanır ki, “Aİ Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində, o cümlədən yeni hərtərəfli strateji tərəfdaşlıq sazişinin və ümumi aviasiya məkanı haqqında sazişin bağlanmasında maraqlıdır. “Bu sazişlər həm Avropa İttifaqında, həm də Azərbaycanda bütün vətəndaşlarımıza fayda verəcək. Aİ (həmin sənədlərin imzalanması üçün - İF) danışıqların uğurlu nəticələnməsinə sadiq qalır”, - sənəddə bildirilir.
İclas zamanı Aİ “təhlükəsiz, stabil və çiçəklənən Cənubi Qafqaza kömək etməyə sadiqliyini” təsdiq edib. “Aİ tərəflərə, Azərbaycan və Ermənistanın hərtərəflə sülh sazişinə doğru irəliləmələrində, öz dəstəyini təsdiq edib.
Bundan əlavə, Aİ müsbət və konstruktiv ictimai ritorika vasitəsilə iki ölkə əhalisinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini vurğulayıb. Aİ, həmçinin münaqişənin nəticələrinin, o cümlədən minaların təmizlənməsi və digər həll olunmamış humanitar məsələlərdə yardım vasitəsilə aradan qaldırılmasına dəstəyini vurğulayıb”, - bəyanatda deyilir.
İclasda Avropa İttifaqı Azərbaycana iqtisadiyyatın şaxələndirilməsi, “yaşıl enerji”nin inkişaf etdirilməsi üçün bundan sonra da yardım etməyə hazır olduğunu təsdiqləyib.
Şuranın iclasında Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Aİ-nin nümayəndə heyətinə isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel rəhbərlik edib. **
Anar Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət