Sumqayıt Kimya Sənaye Parkına (SKSP) rezidentlər tərəfindən $3,1 milyarda yaxın sərmayə yatırılıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə Sumqayıt Kimya Sənaye Parkında görülən işlər barədə məlumat verərkən deyib.
Dövlət başçısının saytında dərc olunmuş məlumatda bildirilir ki, Sənaye Parkında ümumi investisiyaların həcmi 3,27 milyard ABŞ dollarından artıq olan 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Qeydiyyata alınmış 31 rezidentdən 17-si artıq fəaliyyət göstərir. Bu gün istifadəyə veriləcək “Glassica” QSC və “Azərsulfat” MMC ilə Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 19-a çatacaq. Sumqayıt Kimya Sənaye Parkında 6 mindən çox insan daimi işlə təmin edilib.
Parkın rezidentləri tərəfindən ümumilikdə 5,86 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 2,15 milyard manatdan çox hissəsi (36,7%) ixracın payına düşür.
Statistik göstəricilərə əsasən 2021-ci ilin birinci yarısında Sənaye Parkında 794 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin müvafiq dövründə 52,14%-dən çox – 1,2 milyard manatlıq məhsul istehsal olunub. İxrac isə ötən ilin birinci yarısı (267,5 milyon manat) ilə müqayisədə 1,9 dəfə artaraq bu ilin altı ayında 508 milyon manat təşkil edib.
Sənaye Parkında istehsal olunan məhsullar Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq və sair ölkələrə ixrac olunur.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.
Sənaye zonalarında idarəetmənin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentlik 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir.
Sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən indiyədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 min 100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulur.
Ötən müddətdə sənaye zonalarında ümumilikdə 7,17 milyard manatdan artıq məbləğdə məhsul istehsal edilib və bunun 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7%-i) ixrac olunub.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət