“Azərkosmos” ASC 2022-ci ilin I yarısında peyklərin kommersiya istismarından $13,1 milyon məbləğində gəlir əldə edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” peyklərin kommersiya istismarından $22 milyon məbləğində gəlir əldə edib. Beləliklə, 2022-ci ilin yanvar-iyun ayları ərzində gəlirlərin həcmi 40,5% azalıb.
Hesabat dövründə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ni təşkil edib. Bu dövrdə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Böyük Britaniya ($3,3 milyon), Fransa ($2,8 milyon), Lüksemburq ($2,2 milyon), BƏƏ ($1,2 milyon) və Pakistan ($0,7 milyon) qərarlaşıb.
2022-ci ilin iyun ayında isə “Azərkosmos” dünyanın 32 ölkəsinə $2,3 milyon dəyərində xidmət ixrac edib.
“Azərkosmos” ASC 2021-ci ildə peyklərin kommersiya istismarından $45,3 milyon məbləğində gəlir əldə edib ki, bu da 2020-ci ilin göstəricisindən 0,4% çoxdur.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
N.Abbasova
Müdafiə Nazirliyi RSK-nı Qarabağ üzrə üçtərəfli razılıqları kobud şəkildə pozmaqda ittiham edib
XİN: “İrəvan həqiqətən də sülhdə maraqlıdırsa, Bakıya qarşı təcavüzkar siyasətə son qoymalıdır”
Ayxan Hacızadə: “Azərbaycan səfiri Niderland XİN-ə çağırılmayıb”
Azərbaycanda COVID-19-a 19 yoluxma faktı qeydə alınıb
Yanvarda Azərbaycanda bağlanmış nikahların sayı 27% azalıb, boşanmaların sayı 10%-dək artıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Qriqoryan KTMT baş katibini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıb
İrəvan Bakıya sülh müqaviləsi layihəsi ilə bağlı şərhlərini təqdim edəcək
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə 2% keşbek hesablanacaq
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək