Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu hesab edir ki, türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi və onların tranzit potensialının inkişafı zəruridir.
“Dünyada baş verən hadisələr, enerji və ərzaq böhranları bizim hər birimizə dərindən toxunur, biz bir çox sahələrdə əməkdaşlığı genişləndirməliyik. Eyni zamanda, bu hadisələr əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır və biz onları daha yaxşı dəyərləndirməliyik. Hazırki şəraitdə Türk dövlətləri arasında enerji və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşməsi kritik səviyyədə zəruridir”, - Çavuşoğlu çərşənbə axşamı Daşkənddə kçeirilən Türkiyə, Özbəkistan və Azərbaycanın xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
O, həmçinin məlumat verib ki, 2021-ci ilin yekunları üzrə Türkiyənin Azərbaycanla qarşılıqlı ticarət dpvriyyəsinin həcmi $5 milyarda, Özbəkistanla - $3,6 milyarda çatıb. “Lakin üç ölkə rəhbərlərinin qoyduğu vəzifəyə əsasən, Türkiyə həm Azərbaycanla, həm də Özbəkistanla illi ticarət dpvriyyəsini $10 milyarda çatdırmağı planlaşdırır”, - nazir qeyd edib.
O əlavə edib ki, Rusiya-Ukrayna böhranı fonunda Orta Nəqliyyat Dəhlizinin rolu artıb, onun istifadəsi ərazisindən keçdiyi ölkələrin inkişafına töhfə verəcək, yüklərin tranzitindən gəlirlər artacaq.
“Xəzər dənizi vasitəsilə yüklərin tranzitini nəzərdə tutan Orta Nəqliyyat Dəhlizi (Şərq-Qərb - İF) bugünkü reallıqlarda xüsusu önəm kəsb etməyə başlayıb. Ukraynada müharibə təhlükəsiz nəql və logistikanın vacibliyini bir daha xatırlatdı. Bundan başqa, az inkşaf etmiş ölkələr ərzaq böhranı ilə üzləşiblər”, - türkiyəli nazir əlavə edib.
Çavuşoğıu xatırladıb ki, Azərbaycan və Türkiyə Orta Nəqliyyat Dəhlizi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti layihəsini reallaşdırıblar. “Dünyada ticarətin ən iri həcmi Avropa ilə Asiya arasındadır – illik təxminən $1,3 trilyon. Bizə yaxın ölkələr bu ticarət potensialından düzgün istifadə etməlidirlər. Biz Türk Şurası çərçivəsində və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bu məsələlər üzərində işləyəcəyik”, - nazir deyib.
O, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin uğurla nəticələnəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, “Cənuzi Qafqazda kommunikasiyaların açılması bu reguionun bütün ölkələrinə fayda verəcək”. **
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət