“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqini və prioritet təminatsız borclar üzrə reytinqini “Ba2” səviyyəsindən “Ba1” səviyyəsinə yüksəldib.
“İnterfaks-Azərbaycan” agentliyi “Moody’s”in məlumatına istinadən bildirir ki, reytinq üzrə proqnoz müsbətdən sabitə dəyişdirilib.
“Reytinqin yüksəldilməsi son illər iqtisadi siyasətin effektivliyinin yaxşılaşmasını əks etdirir və bu, büdcə idarəçiliyinin təkmilləşdirilməsi və gələcək şokları amortizasiya etmək qabiliyyətinin artmasında özünü göstərir. Pandemiyaya baxmayaraq, iqtisadi dirçəliş və yüksək karbohidrogen qiymətləri fonunda büdcənin ağıllı idarə edilməsi sayəsində büdcə göstəriciləri yüksək olaraq qalır və gözlənildiyindən daha sürətlə yaxşılaşır. “Moody’s” hesab edir ki, hökumətin antiinflyasiya tədbirləri və Azərbaycan Mərkəzi Bankının aktiv makroiqtisadi siyasəti Rusiya-Ukrayna böhranı ilə dərinləşmiş inflyasiya risklərini azaldacaq”, - deyə məlumatda vurğulanır.
“Sabit” proqnoz Azərbaycanın iri aktivlərinin kredit qabiliyyətini tarazlaşdırır. Qonşu Ermənistanla münasibətlərdə geosiyasi gərginlik davam edir, Rusiya-Ukrayna hərbi münaqişəsinin sanksiyalar və ticarət və ya tədarük zəncirlərinin pozulması kimi fəsadları vəziyyətin pisləşməsi riskini yaradır.
Agentlik qeyd edir ki, 2015-2016-cı illərdə neftin qiymətinin ucuzlaşması fonunda baş vermiş böhrandan sonra Azərbaycan maliyyə idarəçiliyini yaxşılaşdırıb ki, bu da balansın möhkəmlənməsinə və borc yükünün ÜDM-in 20%-dən aşağı səviyyəyə düşməsinə gətirib çıxarıb. “Azərbaycan pandemiya zamanı antitsiklik xərcləri təmin etmək üçün dövlət borcu göstəricilərinin pisləşməsini məhdudlaşdırmaqla və büdcənin çevikliyini artırmaqla əhəmiyyətli büdcə ehtiyatlarından səmərəli istifadə edib”, - deyə agentlik qeyd edir.
“Moody’s” neftin qiymətinin yüksək olduğu dövrdə hökumətin yenidən baxılmış 2022-ci il dövlət büdcəsində göstərildiyi kimi, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transfertlərindən asılılığını məhdudlaşdıraraq maliyyə ehtiyatlılığını qoruyacağını gözləyir.
“Yeni fiskal qaydalar hökumətin qeyri-neft kəsirinin azaldılmasına və borc yükü həddinin müəyyən edilməsinə (ÜDM-in 20%-dək - İF) sadiqliyini təsdiqləyib”, - deyə agentlik vurğulayır.
“Moody’s”də hesab edirlər ki, ölkə hökuməti Azərbaycan İnvestisiya Holdinqi vasitəsilə dövlət müəssisələrinin borcuna nəzarəti gücləndirib. Korporativ idarəetmənin təkmilləşdirilməsi, maliyyə məlumatlarının açıqlanması qaydalarının tətbiqi kimi digər islahatlar davam etdirilir.
Agentliyin qiymətləndirmələrinə görə, “Moody’s”in ortamüddətli perspektivdə neftin bir barelinin $50-70 olacağı ilə bağlı ehtimallarından irəli gələrək ARDNF-in aktivlərinin həcminin növbəti bir neçə il ərzində artmaqda davam edəcəyi gözlənilir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət